1534773470_1534711428_20180819_165454.jpg2016-cı ilin dördgünlük aprel döyüşləri zamanı Azərbaycan ordusunun erməni qəsbkarları üzərində tarixi qələbə qazandığı vaxt şəhid olmuş Rəşad Şakir oğlu Niftalılının, dünən Bakı şəhərindəki möhtəşəm sarayların birində anım günü və 25 yaşı qeyd olunur. Tədbir ilk olaraq dövlət himnimizin oxunması ilə açıq elan olunur və bildirilir ki, Rəşad Niftalılı ağır döyüşlər zamanı özünü Vətənimizin ərazi bütövlüyü uğrunda oda-alova atmaqla, misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərməklə şəhidlik zirvəsinə ucalır. Elə bir zirvəyə ki, həmin zirvə əlçatmazdır, ucadan da ucadır. Keçirilən anım tədbirində əsasən şəhidin keçdiyi şərəfli ömür yollarından, göstərdiyi şücaətlərdən bəhs olunur. Tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri, onu tanıyanlar iştirak edib, şəhid barəsində qürurverici fikirlər səsləndirirlər. Hətta onu da qeyd edirlər ki, şəhid adı bundan sonra da əziz tutulmalı, adlarının əbədiləşdirilməsi yöndə daha vacib addımlar atılmalıdır.

“Beynəlxalq Sülh Fondu” və Media Məlumat Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən bu tədbirin aparıcısı “Beynəlxalq Sülh Fondunun” təsiscisi Arzu Hüseynova, öncə tədbirin keçrilməsində onlara köməklik göstərən hər kəsə dərin təşəkkürünü bildirir. Şəhid Rəşad Niftalılının atası və anası isə, çıxışları zamanı övladlarının Vətən yolunda şəhid olması ilə qürur hissi keçirdiklərini bir daha vurğulayırlar. Onlar tədbirin təşkilatçıları olan “Beynəlxalq Sülh Fondu” və Media Məlumat Mərkəzinin rəhbərliyinə də öz minnətdarlıqlarını çatdırmağı da unutmurlar. Şəhid Rəşad Niftalılı haqqında hazırlanmış sənədli filimə baxan tədbir iştirakçıları, hətta göz yaşlarını belə saxlaya bilmirlər.
Tədbir iştirakçılarından olan millət vəkilləri Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə etdikləri çıxışlar zamanı aprel şəhidlərinin, məhz qəhrəmanlıqları ilə tarix yazdıqlarını da qeyd etdilər. Həmçinin, onlar onu da vurğulayırlar ki, həmin tarixi məqam ordumuza yeni bir ruh yüksəkliyi verdi və yeni qələbələrə də səslədi.

[bt_slider uid=”1534851578-5b7bf9fa1d905″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/1534773460_1534711526_20180819_151802.jpg” title=”1534773460_1534711526_20180819_151802.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773405_1534711493_mg-20180819-wa0018.jpg” title=”1534773405_1534711493_mg-20180819-wa0018.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773449_1534711702_mg-20180819-wa0025.jpg” title=”1534773449_1534711702_mg-20180819-wa0025.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773458_1534711809_mg-20180819-wa0037.jpg” title=”1534773458_1534711809_mg-20180819-wa0037.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773441_1534711728_mg-20180819-wa0030.jpg” title=”1534773441_1534711728_mg-20180819-wa0030.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773419_1534711407_mg-20180819-wa0014.jpg” title=”1534773419_1534711407_mg-20180819-wa0014.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1534773428_1534711735_mg-20180819-wa0033.jpg” title=”1534773428_1534711735_mg-20180819-wa0033.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]Media Məlumat Mərkəzinin direktoru Elman Həsənov çıxışı zamanı 1992–ci ildən başlayan Dağlıq Qarabağ müharibəsi zamanı torpaqlarmızın 20 faizinin itrilməsi nəticəsində, ordumuzdakı ruh yüksəkliyinin düşməsini, 4 aprel 2016-cı il tarixdə keçirilən hərbi əməliyatlar zamanı, düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olmasının ordumuzda ruh yüksəkliyi yaratdığını da vurğuladı. Qarabağ qaziləri, şəhid analarl, Xətai rayon İcra Hakimiyətinin nümayəndələri və tədbirdə iştirak edən bir çox qonaqlar, etdikləri çıxışlar zamanı şəhidlərimizin, o cümlədən Rəşad Şakir oğlu Niftalılının gənclərimizə nümunə olacağı haqda ürəkaçan fikirlər də səsləndirdilər. Tədbir günün sonunadək davam edir. İştirakçılar Müşfiq qəsəbəsində dəfn olunan şəhid Rəşad Niftalılının qəbiri üzərində dualar oxumaqla, bir daha onu yad edirlər. Vətən yolunda canından- qanından keçən hər bir Vətən övladının adı qəlbimizdə əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin, ruhları şad olsun!
Rəsafil Bayramov
ATATV.az xəbər portalının rəhbəri

araz.az xəbər portalı.