Nezrin-Cakir.jpg

Bildiyiniz kimi xeyli vaxtdır mətbuatda parçalanma, daha doğrusu qruplaşma gedir.
Heç kimə sirr deyil ki, heç vaxt ölkədə müxalifət və iqtidar yönümlü jurnalıstlərin sözləri üst üstə düşməyib. Lakin bu dəfə məsələ tam fərqlidir. Jurnalistlərin arasında olan qruplaşma üzvlərinin demək olar ki, 80% i iqtidar yönlü jurnalistlərdir. Nədi dərdiniz? Nəyi bölə bilmirsiz? Rayonları ? Nazirlikləri? Yoxsa yedə qalan xırda –xuruş müəssisələri, şirkətləri, sahibkrları? Niyə başınızı aşağı salam bir tikə çörəyinizi qazanmırsız? Onsuz da bu media , mətbuat , jurnalistika bərbad və acınacaqlı gündədir.

Bir neçə böyük saytları çıxmaq şərti ilə yerdə qalan bütün sayt rəhbərlərinin bir biri ilə konfilikti var.Araşdırma aparsan görəcəksən ki, vaxti ilə hamısı can bir qəlb dost olublar amma bu gün əlacları olsa bir birini bir qaşıq suda boğarlar. Düzdü müəyyən sayt rəhbərləri var ki, bir çox obyektlərə “krişalıq “ edir, və ordan ürəkaçan gəlir əldə edir. Nə demək olar baçarana can qurban. Adama deyərlər fərasətin var səndə qazan. Amma.. həə əmma bu yerdə ortaya çıxır ki, abcarmaq istəyənlər ilə əvvəlcədən bacaranlar qurbanın ətini bölə bilmirlər . Nəticədə xırda mübahisələr böyüyür və məhkəmələrə və hətta dövlətin güc strukturlarına qədər gedib çıxır. Məsələ burasındadı ki. Bunların bəziləri konfilikti bilərəkdən və qəsddən yaradır ki, yuxarıda oturan daydaylarına gücünü nümayiş elətdirsin. Dayday da baxır ki, qucaqquşusu dil-dil ötür bir azda “poddeşka” verir. Qorxma deyə -deyə göndərir seçilmiş qurbanın üstünə. Onlara çox fərq etmir sən kimsən nəçisən. Onlar meşə qanunları ilə gedir. Yəni qurdluqda düşəni yemək adətdir.
Məsələn bir neçə gündür Vuqar Qasımov ilə Ramin Məhəmmədoğlu arasında ard –arda youtub kanalında və facebook səhifəsində canlı yayımda bir birini jurnalistikaya və jurnalistə yaraşmayan küçə sözləri ilə təhqir edirlər. Bir- birini hədyan dolu sözlər yağdırırlar. Buna baxan gənc nəsil həvəslə jurnalistika fakültəsinin bitirib jurnalist olmaq istəyən cavanları heç düşünürsünüzmü? Onlar sizdən nə örnək alacaqlar? Danışanda hamınız ağız dolusu jurnalistəm deyirsiz. Budumu sizin savadınız budumu sizin etikanız, qabiliyyətiniz mərifətiniz qanacağınız? Heç düşünürsüzmü ki, Facebookda Youtubda sizi izləyən minlərlə Azərbaycan qadınları ana bacılarınız var? Ayıb deyil?
Sözümün canı odur ki, əziz həmkarlarım dəyərli dotlarım heç kim sözümü qəribsəməsin bu hamıya aiddir. Mən burda onlarla belə jurnalistlərin adını qeyd edə bilərdim. Lakin bunlar keçmişdə qalıb. Fakt bu gün bu iki jurnalistin bu formada kəllələşməyini heç yaxşı qarşılamıram. Bu mənim şəxsi fikrimdir. Qoymayın bu jurnalistikanı parçalanmağa qoruyun onu !!!
P.S bu yazını məhz bu gün Müqəddəs Qurban bayramı günündə yazmaqda məqsədim odur ki, sizdə qurban olmayın!!! Bayramınız mübarək.

Nəsrin Çakır

araz.az xəbər portalı.