“Bu çempionatı keşirmək istəyən təşkilata və onun bağlı olduğu ölkəyə ultimatum verilməlidir”
Gələn il tanınmamış qondarma respublikaların toplaşdığı futbol qurumunun Xankəndində Avropa çempionatını keçirəcəyi xəbəri Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. İlk olaraq təhlükəsizik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl olayı Moderator.az-da ictimailəşdirərək həyəcan təbili çalıb.
Həmin yazını bu linkə daxil olmaqla oxumaq olar: moderator.az/news/237101.html
Bizdən sonra Real TV də olayı gündəmə gətirib və müvafiq qurumların hərəkətə keçməsi üçün mövzunu diqqətdə saxlayıb.
Biz də bu tədbirin keçirilməsi əngəllənədək mövzunu diqqətdə saxlayacağıq.
Ermənişünas alim kimi fikirləriniz oxucularımız üçün önəmlidir, bu nankor qonşularımız nə millətdi ki, bütün platformalarda hamını heyrətləndirməyi bacarırlar?
Moderator.az-ın əməkdaşı bu sualla Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya müraciət edib. Professsor bildirib ki, indidən sərt addımlar atılmalıdır:
“Təkcə Dağlıq Qarabağda elan olunmuş separatçı qurum yox, tanınmamış digər belə oluşumların hamısı özlərinin varlığını bir növ isbat etmək üçün müxtəlif metodlardan istifadə edirlər və bundan sonra da edəcəklər. Dağlıq Qarabağda tanınmamışların futbol turnirinin və ya çempionatının keçirilməsi barədə verilən qərar Azərbaycan üçün təhqirdir. Ermənilər dünyada belə bir fikir yaratmaq istəyirlər ki, Dağlıq Qarabağ Azərbacana bağlı deyil və istədiyi tədbiri keçirməkdə azaddır və bu gələcəkdə bu bölgənin de yure tanınması üçün əsas olacaqdır. Bu düşüncəni darmadağın etmək üçün hansı imkanları reallaşdıra bilərik? Dostum İlham İsmayılın bununla bağlı yazdıqları bir SOS siqnalıdır. Azərbaycan bunun qarşısını almalıdır. Özü də bu məsələdə boş bəyanatlar işə yaramayacaq.
Elə indidən sərt şəkildə elan olunmalıdır ki, Xankəndinə bu məqsədlə gələnlər qeyd şərtsiz vurulacaq. Bu çempionatı keşirmək istəyən təşkilata və onun bağlı olduğu ölkəyə ultimatum verilməlidir. Həmin separatçı qurumları dəstəkləyən ölkələrə xəbərdarlıq edilməlidir. O cümlədən Şimali Kipr Türk cumhuriyyetinə…
Məgər onların tanınma dərdi var? Ermənilər KKTC-ni bu işə qoşmaqla daha məkrli bir siyasi məqsəd güdürlər. Türk qardaşlarımızın buna getməyəcəyinə inansaq da onları bu siyahıda olması Azərbaycana həqarətdir. İlham İsmayılın gündəmə gətirdiyi bu məsələnin nə dərəcədə ciddi olduğunun fərqinə varmalıdır bizim yetkili orqanlarımız. Əks təqdirdə separatçıları məqsədlərinə nail olmağa yaxınlaşdıra bilərik”.
araz.az xəbər portalı.