“Hayastan” ümumerməni fondu Azərbaycanın işğal olunmuş Xocalı rayonun Şuşakənd kəndində yeni uşaq bağçası tikir.
News12.az xəbər verir ki, 90 uşağın təhsil alacağı uşaq bağçasının maliyə dəstəyi Türkiyədə yaşayan erməniəsilli Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu tərəfindən maliyələşdirilir.
Layihə haqqında məlumat verən Türkiyəli iş adamı Griqor Şəmşiroğlu bunları deyib: “Bu bizim Qarabağa 5-ci, ya da 6-cı səfərimizdir. Buna qədər Daşaltı kəndində uşaq bağçası və məktəb tikintisi həyata keçirtmişik. Burada həyatın canlanması bizə güc verir. İndən belə də yeni layihələrin həyata keçməsinə dəstək olacağıq”.
araz.az xəbər portalı.