39928676_683961875307945_7560913878746398720_n1535005003.jpgModern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı bu təqdimatı dünən vəfatının 18-ci ili tamam olan görkəmli dövlət, siyasi və ictimai xadim, Azərbaycan Xalq Cəbhəsinin lideri, mərhum eks-prezident Əbülfəz Elçibəylə bağlıdır.



Fotonu bir vaxtlar – 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olmuş, hazırda CNN Türk telekanalında xəbər koordinatoru İrfan Sapmaz təqdim edib.

Zaman 2000-ci il, məkan Türkiyə – Gülhanə Hərbi Tibb Akademiyası… Əbülfəz Elçibəyin həyatının son anları… Gülhanə Hərbi Tibb Akademiyasında müalicə aldığı müddət..

İrfan Sapmazın fotoya şərhi:

“Azərbaycanda işlədiyimiz zamanlarda hörmətli Əbülfəz Elçibəylə böyük bir dostluğumuz gerçəkləşdi. Bizi hər zaman Türk dünyası, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı üçün verdiyimiz mübarizədə dəstəkləyirdi. 
Ankarada həyata gözlərini yummadan az əvvəl, müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında çəkilən ilk və son tarixi fotonu arxivimdən çıxararaq, sizlərlə bölüşmək istədim. Əbülfəz Elçibəylə bu şəkildə bərabər olan dəyərli bir dostum fotonu mənə hədiyyə etmişti. Mən də tarixin səhifələrinə hədiyyə edirəm. Allah rəhmət eləsin, nur içində yatsın. 
Türk dünyası Əbülfəz Elçibəyi heç bir vaxt unutmayıb və unutmayacaq”.

Bu şəkil çəkiləndən 18 gün sonra Əbülfəz Elçibəy həyatla əbədi vidalaşdı…




A.Qorxmaz

araz.az xəbər portalı.