xankendi1.jpg

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində – Xankəndində futbol üzrə “Avropa çempionatı”nın keçirilməsi ərazi bütövlüyümüzə qarşı olan qərardır.
Muxalifet.az xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

O qeyd edib ki, qondarma turniri təşkil edən quruma qarşı sərt cavab verilməli və çempionatın qarşısı alınmalıdır:
“Bəyan edilməlidir ki, bu çempionat keçiriləcəyi təqdirdə Azərbaycan dövləti bütün vasitələrdən istifadə edərək, bu tədbirin həyata keçirilməsinin qarşını alacaq. Bu barədə bütün Avropa dövlətlərinə, o cümlədən Rusiyaya da xəbəradarlıq edilməli, ConIFA-nın rəhbərliyinə etiraz məktubu göndərilməlidir.
Həmin məktubda göstərilməlidir ki, əgər bu yarış keçiriləcəksə, Azərbaycan tərəfi havadan oranı bombardman edəcək. Məsələ bütün vasitələrdən istifadə edilərək həll edilməlidir”.
Qeyd edək ki, “Müstəqil Futbol Federasiyaları Assosasiyası” (CONIFA) avqustun 20-də tanınmayan ölkələr arasında növbəti “Avropa kuboku”nun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilməsinə qərar verib.
Bu dəfəki qondarma turnir 2019-cu il iyunda Xankəndində keçiriləcək. “Konfederasiya” 2018-ci il “dünya çempionatı”nı İngiltərədə keçirib. Finalda “Karpataliya Respublikası” “Şimali Kipr”i məğlub edərək qalib olub.

araz.az xəbər portalı.