Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin Elmi Şurasında, bəlkə də, BDU-nun tarixində rast gəlinməyən qalmaqal baş verib.
araz.az-ın xəbərinə görə, bu barədə “Təzadlar” qəzeti yazıb.
Məqalə BDU-nun hüquq fakültəsinin onlarla müəllim və professoru adından ünvanlanmış müraciət əsasında hazırlanıb.
Kafedranın onlarla professor və elmlər doktoru Azərbaycan prezidenti İlham Əliyevə müraciətlərində yazırlar:
“Cənab Prezident! Təxminən bir il əvvəl BDU-nun hüquq fakültəsinə dekan seçilən Zaur Hümbət oğlu Əliyevin dekanlıqda və fakültədə yaratdığı narazılıq, qalmaqal qarşısıalınmaz haldadır. Hüquq sahəsində heç bir elmi məqaləsi, monoqrafiyası və kitabı olmayan Zaur Əliyevin necə dekan seçilməsini qoyuruq bir kənara. Lakin o, açıq və qalmaqallı, qıcıq yaradan şəkildə deyir ki, “Mənim sözümün qabağında söz deyilə bilməz!”.
Müraciət müəllifləri yazır ki, elmi dərəcəsi olmayan Zaur Əliyev aprelin 28-də hüquq fakültəsinin Elmi Şurasında bir sıra ölkələrdə tanınmış professor, hüquq elmləri doktoru Kamil Səlimovu korrupsioner və rüşvətxor adlandırmaqla həm də Elmi Şuranın işini pozub: “Ona qəti etiraz edənlərin çıxışından sonra isə vəziyyət kritik hal aldı. Belə hallar tez- tez baş verir. Biz professor və müəllimlər anlaya bilmirik ki, kafedrada onlarla tanınmış elm xadimi, professor və elmlər doktorları ola-ola, Zaur Əliyev necə belə bir nüfuzlu fakültənin dekanı seçilə bilərdi? Bunlar müəmmalıdır və belə səbəblərdəndir ki, Zaur Əliyev kafedralarda kimləri istəyir aşağılayır, məsuliyyətsiz və əsassız ittihamları ilə fakültənin işini pozur, narazılıqlar yaradır, tədris prosesini heçə endirir”.
BDU-nun professor və müəllim heyəti müraiətlərində Azərbaycan prezidentindən xahiş edirlər ki, Z. Əliyevin barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıq versin.
araz.az Z. Əliyevin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.