Xətai rayonu, Həsən Salmani kücəsi 17-də “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib.

`Səngər Qala Resort Hotel`in sahibi DÖVLƏTDƏN ÜSTÜNDÜR?

araz.az    bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18 mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.

`Səngər Qala Resort Hotel`in sahibi DÖVLƏTDƏN ÜSTÜNDÜR?
Əvvəl

Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin şəhər panaramasına görmçəsinə meaəçilik tərətdiyi üçün quş qanadına bənzər tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.
Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

`Səngər Qala Resort Hotel`in sahibi DÖVLƏTDƏN ÜSTÜNDÜR?
Sonra

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verərək bildirib ki, bu cür icazələrin hər biri Bakı şəhər Arxitektura Komitəsi tərəfindən verilir. İcara Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Sahil” MTK əvvəllər Beynelxalq Bankda filial müdiri olmuş və hazırda iş adamı kimi fəaliyyət göstərən Fizuli adlı şəxsə məxsusdur. O Bakıda və bir sıra rayonlarda tikinti obyektlərinin, həmçinin “Səngər Qala Resort Hotel”nin sahibidir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.