Azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs olunan, 66 yaşında həbsxanada intihar edən milyarder iş adamı Cefri Epşteyn haqqında yeni məlumatlar üzə çıxıb.

araz.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Manhetten həbsxanasında intihar edən Epşteynin bir çox məşhur və varlı insanlarla əlaqələri olub.

“Wall Street Journal” Epşteynin yazışmalarını, e-poçtlarını və görüşlərini təhlil edərək yazır ki, həbsdəki milyarder ABŞ dövlət katibinin keçmiş müavini və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırkı direktoru Uilyam Börnslə görüşüb, həmçinin yazıçı və akademik Noam Çomski ilə əlaqələrə malik olub.

Epşteynin İsveçrə bankı “Edmond de Rothschild Group”un baş direktoru Ariane de Rothschild və Obama administrasiyasının yüksək vəzifəli şəxsləri Kathryn Ruemmler ilə görüşdüyü də üzə çıxıb.

Xatırladaq ki, Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayan uşağa cinsi təcavüz ittihamı ilə həbs olunub və 13 ay müddətinə azadlıqdan məhrum edilib. Epşteyn 2019-cu ildə yenidən saxlanılıb. Bu dəfə fahişəlik və insan alveri ittihamı ilə məhkəməsinin keçiriləcəyi günü gözləyən milyarder kamerasında intihar edib.

MKİ rəsmisi Börnslə Epşteynin tanışılığına belə reaksiya verib: “Bu, Börns təxminən 10 il əvvəl Epşteyn ilə Dövlət Departamentini tərk etməyə hazırlaşarkən baş verib. Börns onun haqqında heç nə bilmirdi, sadəcə, onun maliyyə sahəsində mütəxəssis olduğunu bilirdi”.

“The Wall Street Journal” xəbər verir ki, Epşteyn Ruemmler ilə görüşüb və ondan Bill & Melinda Gates Foundation-da Bill Gates-i təmsil etmək istəyib-istəmədiyini soruşub. Fond daha əvvəl Epşteynlə heç bir əlaqəsinin olmadığını bildirmiş və Qeyts də bir neçə dəfə Epşteynlə nahar etdiyini açıqlamışdı.

Məşhur yazıçı və akademik Çomski isə deyib: “Bu, nə sənin, nə də başqalarının işi deyil. Mən onu tanıyıram və vaxtaşırı görüşürdük. Epsteyn İsrailin keçmiş baş naziri Ehud Barak ilə görüş təşkil edib və İsrailin Fələstinlə bağlı siyasətini müzakirə edib. Mən onunla 2015 və 2016-cı illərdə görüşmüşəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.