“Yeni klinika” tibb müəssisənin həbsdə olan direktoru Pərviz Abbasov yaxın günlərdə azadlığa çıxacaq.
araz.az Faktmedia.az-a istinadən verdiyi xəbərə görə, keçmiş direktorun həbs müddəti, ev şəraiti ilə əvəzlənəcək.
Qeyd edək ki, rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum edilib.
Onunla birlikdə həbs edilən daha 3 nəfər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan ərizəsində P.Abbasov ona bəraət verilməsini xahiş etmişdi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.