Dmitri MEDVEDEV.
Ukrayna pilotsuz təyyarəsinin Kremlə hücumundan sonra Rusiyanın Ukrayna prezidenti Vladimir Zelenskini öldürməkdən başqa çarəsi yoxdur.
araz.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında bildirib.
Medvedevin sözlərinə görə, Zelenskiyə Ukraynanın kapitulyasiya aktını imzalamağa belə ehtiyac yoxdur.
Medvedev xatırladıb ki, Hitler də onu imzalamayıb (təslim aktını nəzərdə tutur).
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Rusiya Dövlət Duması “Kiyev rejimini məhv etməyə qadir olan” silahlardan istifadəni tələb edəcək.
Qeyd edək ki, mayın 2-dən 3-nə keçən gecə Ukrayna iki pilotsuz uçuş aparatı vasitəsilə Rusiya prezidentinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərib. Pilotsuz təyyarələr hərbçilər və kəşfiyyatçılar tərəfindən dəf edilib.
araz.az xəbər portalı.