2023-cü ildə El-Nino fenomeni (suyun səthində temperaturun anomal artması ilə xarakterizə olunan təbiət hadisəsi) səbəbindən temperatur rekordlarının yeni dalğası qeydə alına bilər.

araz.az  xəbər verir ki, bunu BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı bəyan edir.

Qeyd olunur ki, son üç il ərzində sərin La-Ninya yaşasaq da, bu, rekordun ən isti səkkiz ilidir və qlobal temperaturun yüksəlməsinə müvəqqəti maneə rolunu oynayıb. “El-Ninonun inkişafı çox güman ki, qlobal istiləşmədə yeni artıma gətirib çıxaracaq və temperatur rekordları ehtimalını artıracaq”, – sənəddə deyilir.

Təşkilatın ekspertlərinin fikrincə, 2023-cü ilin may-iyul aylarında El-Ninoya keçid ehtimalı 60 faiz təşkil edir və bu nisbət iyun-avqust aylarında 70 faizə, iyul-sentyabr aylarında isə 80 faizə yüksələcək.

Bildirilir ki, okean bölgələri adətən dəniz səthinin orta səviyyəsindən yuxarı temperatur proqnozlaşdırdıqları üçün quruda normadan yuxarı temperaturun geniş şəkildə proqnozlaşdırılmasına öz töhfəsini verir. İstisnasız olaraq Şimal və Cənub yarımkürələrinin bütün quru ərazilərində müsbət temperatur anomaliyaları gözlənilir.

Qeyd edək ki, El-Nino – mərkəzi və şərq tropik Sakit okeanda okean səthinin nəzərəçarpacaq dərəcədə istiləşməsi ilə əlaqəli təbii iqlim nümunəsidir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.