“Ərazilərin minadan təmizlənməsi iki proseslə həyata keçirilir. Biri humanitar, ikincisi hərbi təyinatlı strukturlar tərəfindən”.

araz.az  bildirir ki, bunu HİT.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesindən danışarkən deyib. Ekspert humanitar təyinatlı strukturun ANAMA olduğunu vurğulayıb:

“Digər struktur isə hərbi qurumlara – silahlı qüvvələrin mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilir. Minaların çıxarılması prosesi, yəni humanitar təyinatlı strukturun həyata keçirdiyi layihə tamam fərqlidir. Bu baha başa gəlir. Amma hərbi təyinatlıda hərbi struktur olduğuna görə bir az fərqli vəziyyət yaranır”.

Ramin Məmmədli hərbiçilərin buna görə əlavə maaş almadığını qeyd edib:

“Digər tərəfdən burada əsas xərclər texnoloji avadanlıqlarda və texnikalardadır. Azərbaycan lazımi texnikaların alınmasını həyata keçirib. Bu gün minaları çıxartmaq üçün hər cür texnika var və onlar minalardan təmizlənmə prosesində istifadə olunur”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.