Azərbaycan Respublikasının Gömrük Komitəsində qanunsuzluqlar olması barədə,
“Güvən 2012” MMC-nin Direktoru Ramil Aslanovun ölkənin media vasitələrində dərc olunan, dövlət başçısına, həmçinin, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya,eləcə də aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanladığı şikayət xarakterli Müraciətində xüsusi olaraq vurğulanır. araz.az da, sahibkarın həmin Müraciətini, olduğu kimi, dəyərli oxucularının və ictimaiyyətin diqqətinə çatdırır:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova

Surəti:
Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya

Surəti:
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korupsiyaya ilə Mübarizə Komissiyasının sədri) cənab Samir Nuriyevə

Surəti:
Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri cənab Şahmar Mövsümova

Sürəti:
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Surəti:
Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova

Surəti: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya

Surəti:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova

Surəti:
Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasının rəhbərliyinə

Surəti:
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi cənab Orxan Nuriyevə

Surəti:
Bakı Baş Gömrük idarəsi rəisinin vəzifəsini müvəqqəti icra edən gömrük generalı cənab İsmayıl Hüseynova

Çox hörmətli cənab Prezident!

Bildirmək istəyirəm ki, bu, say hesabı ilə, bizim Sizə 8-ci məktubumuzdur.
“Güvən 2012” MMC-yə Çin Xalq Respublikasından, 01231000091678 saylı Bəyannamə üzrə göndərilmiş mallarımın qeyri-müəyyən səbəbdən Bakı Baş Gömrük İdarəsində saxlanılması davam etməsi ilə əlaqədar, müxtəlif mətbu orqanlarda, həmçinin, müxtəlif sosial şəbəkə siqmentlərində bu barədə geniş çıxış etmiş və Gömrük orqanları tərəfindən pozulmuş haqqımın bərpa edilməsinə çalışmışam. Lakin bütün bu səylərim, çox təəssüflər olsun ki, hələ, heç bir nəticə verməmişdir. Həmin çıxışlarımın linklərini, bir daha Sizə də təqdim edirəm:

https://youtu.be/XdXJp88GdA0
https://youtu.be/koSolTQ0dMc

Qeyd edirəm ki, Bakı Baş Gömrük İdarəsində bizim “Güvən 2012” MMC-nin adına gətirilən “santexnika” mallarımızı, qanunsuz hesablamalar, bürokratik əngəllər və süründürməçilik yaradaraq, “İpək Yolu” terminalında saxlayıblar və geri qaytarmağıma əngəllər yaradırlar.

Bununla bağlı, mən, media və sosial şəbəkələrdə çıxış etmişəm. Bakı Baş Gömrük İdarəsində keçən aydan, yəni 14.03.2023-cü il tarixindən, bu günədək, bizim santexnika mallarımıza, hələ də, qiymət təyin edə bilməyiblər və özləri də etiraf edirlər ki, hansı üsüllarla hesablamalar aparmağlarını bilmirlər.
08.04.2023-cü il tarixində, Dövlət Gömrük Komitəsində məni qəbul etdilər, dinlədilər və gömrük tarifi haqqında qanunu rəhbər tutaraq, onlara bu mallar (mətbəxt üçün su kranları, duş kranları və arko kranlar) barəsində öz diskusiyamı apardım. Gömrük Komitəsinin vəzifəli şəxsləri mənim fikrimlə razı oldular, bəyan etdiyimiz hesablama qaydasının düzgünlüyünü şifahi olaraq təstiqlədilər və komissiyanı tərtib edərək bu məsələnin protokollaşdırılmasına qərara gəlib iclas təyin etdilər. Həmin iclasda Bakı Baş Gömrük İdarəsinin Aqil və Nurlan adlı əməkdaşları gec gəlməklərinə baxmayaraq yenə də iclas keçirildi. İclasda mən öz sübutlarımı və gömrük tarifi haqqında qanunun 7-ci maddəsini rəhbər tutaraq malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədə qəbul olunmuş ümümi prisiplərə əsaslanaraq (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanaraq, hesablanmasının eyni zamanda gömrük tarifi haqqında 1.1.1 maddəsində göstərildiyi kimi gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni zamanda, 1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatlara uyğun olduğunu və gömrük tarifi haqqında qanunun 2.1.4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və həmçinin 2.1.5 maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq, bundan əlavə gömrük tarfi haqqında qanunun 12-ci maddəsində gömrük dəyərinini müəyyən edilməsi üsullarının, mənim bu işimdə tədbiq edilməsini onlardan xahiş etmişdim. Lakin Bakı Baş Gömrük İdarəsinin Nurlan adlı əməkdaşı, yenə də, öz qanunsuz hesablama və qanundan kənar hesablama qaydalarını tətbiq etmək istədikdə gömrük komitəsinin işçiləri ondan rəsmi olaraq yazıb bizə göstərməyini xahiş etdilər. Ancaq 01231000091678 saylı bəyannamədə 2-ci mal mövqeyi üzrə sistem üzərindən rəsmi bildirişdə mənə 94000 ABŞ dolları statistik dəyər göstərilmişdir və bu statistik dəyər ümümilikdə 40980 ədəd mala (arko kranlar və duş kranlarına) aid olduğu bildirilmişdir
Mən və Komitənin dəyər şöbəsinin işçiləriİ Nurlan adlı Bakı Baş Gömrük İdarəsinin əməkdaşından həmin 40980 ədəd mallara görə hesablama qaydasını istədik. Nurlan bəy 94000-nin 23000-ni arko kranlara hesabladı. Amma yerdə qalan 71000 ABŞ dolların su və duş kranlarına necə hesablanmasını və necə bölünməsini bu günkü günə kimi Nurlan adlı şəxs izah edə bilmir və mən əminəm ki, izah və sübut edə bilməyəcək də. Çünki, həmin məbləğdə uyğunsuzluq baş verəcək, həmin məbləği Nurlan bəy formalaşdırıb tənzimləyə bilməyəcək.

Ona görə ki, Nurlan bəy gömrük tarifi haqqında Qanunu bilmir və ya, bu Qanuna saymamazlıqla yanaşır. Belə ki, həmin malların qanunvericiliyin 1.1.3 maddəsində xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır və onların həmin kodlar üzrə rəsmiləşdirilməsi göstərir. Bu da onu göstərir ki, bizim ixrac etdiyimiz və 01231000091678 bəyannamə üzrə bəyan etdiyimiz mallar kq-la hesablanmalıdır. Çünki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 166 kodu altında kq-la göstərilmişdir.

Bundan əlavə, bildiririrəm ki, 11.04.2023-cü il tarixində mən Gömrük Komitəsində bir daha qəbulda oldum və mənə bildirdilər ki, indi Bakı Baş Gömrük Komitəsindən Elmir Ramazanov, Aqil və Nurlan adlı şəxslər yaxınlaşır, iclas keçirilib və protokol imzalanacaq. Mən çölə çıxıb gözləyirdim. Lakin geri qayıtdığda məni iclasa buraxmadılar və iclas mənsiz keçirildi. Onlar çölə çıxdığda mənə bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm. Lakin mən bir daha onlara bildirdim ki, mən bazarda yox, Dövlət İdarəsindəyəm, eyni zamanda onların qanunsuz və bürokrat əməllərindən yorulmuşam, malımı ancaq geri qaytarmaq istəyirəm. Onlarda mənə bildirdilər ki, sabah malı geri qaytarmaq üçün yükləyə bilərsən.

Hörmətli cənab Prezident!

14.03.2023-cü il tarixində gömrük sisteminə Bəyannaməni daxil etdikdən sonra, mala baxış keçirilmişdir. Onların hesablaması nəticəsində, ilk öncə, 70000 ABŞ dolları qiymət deyilmişdir və bayram günü 22.03.2023-cü il tarixində mala bir daha baxış keçirdib malın İpək Yolu Terminalında bizim Bakı maşınlarına (oteko) yüklənmiş və maşınlar bloblanıb gömrüyün ərazisində qalmışdır. Elə, buradan, bu suallar doğur: Əgər, mallar həmin vaxt hesablanıb, baxılıb, yoxlanılıb, sayılıbsa və mənə, bununla əlaqədar, qiymət deyilibsə, onda, nəyə görə, indi mən malımı geriyə qaytarmaq istədiyim zaman və bu malın Azərbaycan Respublikası ərazisində, Azərbaycan bazarlarına dövriyyəyə buraxılmamasını nəzərə alaraq, nəyə görə, yenidən sayılır?! Bəyannamə üzrə uyğunlaşdırılır və eyni zamanda, guya, hansısa nöqsan tapılır və nöqsanın adi qaz krantları adlandırılır?!

Onu bildirmək istəyirəm ki, bu gün, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov və onun dəstəsi, Aqil və Nurlan adlı şəxslər, öz vəzifə səlahiyyətlərindən və əllərindəki dövlətin resuslarından sui-istifadə edərək, bizə qarşı təziq formaları həyata keçirirlər. Bundan əlavə, bildirirəm ki, Təhqiqat Subyekti olmadığı halda, 01231000091678 saylı Bəyannamə üzrə 3-cü mal mövqeyində göstərilən borularda, ötrücü funkisiyasını yerinə yetirən vintillər, hissələr kimi adlandırılan, 22.03.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və maşınlara yüklənmişdir. Bu da o deməkdir ki, bizim mallarımız baxılıb, yoxlanılıb araşdırılmışdır, lakin indi bizim malımız geriyə, Çinə qaytarılması məsələsi ortaya çıxdıqda, mallar yenidən yoxlanılır, qanunsuz ekspertizaya göndərilir, qanunsuz Təhqiqat subyektinə çevirilir.

Bunlar hamısı sahibkara təziq, süründürməçilik və məmur özbaşnalığından başqa heç nə deyil. Mən, buradan bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun dəstəsində olan Aqil, Nurlan və Nazim adlı şəxlər tərəfindən, bizə qarşı süni maneəçiliklər yaradılmaqla, heç bir qanuni əsas olmadan, ölkə qanunvericiliyinin və Beynəlxalq hüquq normalarının bütün müddəalarının pozulması ilə, bizimlə mənasız mübarizə aparmaqdadırlar. Onlar bilə-bilə ki, mən haqlıyam. Sadəcə, fərq ondadır ki, onlar çox, mən isə, təkəm. Beləliklə, öz vəzifə səlahiyyətlərini aşmış, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş bir qrup məmur dövlət resurslarının düzgün istifadə edilməsi metod və prinsiplərini pozaraq, öz şəxsi ambisiyalarını, dövlət mənafeyindən daha üstün tuturlar.

Hörmətli cənab Prezident!

Yuxarıda deyilənləri nəzərə alaraq, bir daha, Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli şəxslərinə, aşağıda qeyd oluan suallarla müraciət etmək istəyirəm və həmin suallara qısa müddət ərzində, yazılı şəkildə rəsmi məlumat verilməsini xahiş və tələb edirəm:

1. 14.03.2023-cü il tarixli 01231000091678 saylı bəyannamə üzrə Çin Xalq Respublikasında şirkətimə daxil olan mallar Bakı Baş Gömrük İdarəsində nə səbəbdən saxlanılmışdır və bu günədək buraxılmır?

2. Bu malların geri qaytarılması ilə əlaqədar ərizəmin təmin edilməsi barədə dərkənar olmasına baxmayaraq bu günədək həmin prosesin yerinə yetirilməsinə hansı səbəbdən şərait yaradılmamışdır?

3. Mənim şirkətimə göndərilən mallarla eyni təsnifatlı malların digər şirkətlər tərəfindən mən iddia etdiyim qiymətlərlə ölkə ərazisinə buraxılmasının səbəbləri, gömrük rəsmiləşdirilməsi zamanı şirkətlər arasında fərqlərin qoyulması ikitirəliyin tətbiq edilməsi və bununlada sağlam rəqabət prinsipinin pozulmasına nə səbəbdən yol verilməsi.

4. Heç bir əsas olmadan mənim gömrükdə olan mallarımla əlaqədar materialın İstintaq və Təhqiqata göndərilməsinin səbəbləri barədə mənə rəsmi məlumatın verilməməsi

5. Gömrük orqanları tərəfindən mənim şirkətimə qarşı tətbiq edilən qeyri qanuni əməllərin və heç bir qanuna isbat edilməyən absurd tələblərin nə vaxta dək davam edəcəyi və sair bu qəbldən olan məsələlər barədə.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bir sahibkar kimi, fəaliyyətimdə yaranan problemlərə və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov, Nazim Məmmədli, qurumun Aqil və Nurlan adlı əməkdaşlarının qeyri-qanuni əməlləri, süründürməçilikləri, süni bəhanələrlə bürokratik əngəllərin yaradılması, ölkə qanunvericiliyinin tələblərinə biganə yanaşmaları, öz vəzifələrindən sui-istifadə etmələri, açıq şəkildə vəzifə səlahiyyətlərini aşmaları, vətəndaşlara, əsasən, sahibkarlara kobud münasibət bəsləmələri və nəticə etibarı ilə, ölkə iqtisadiyyatının inkişafına əngəl yatmaları, eyni zamanda, cənab Prezident, Sizin, apardığınız iqtisadi siyasətinizə qara kölgə salmalarının qarşısının alınması və gömrük orqanlarında qanunvericiliyin bərpa edilməsi məqsədi ilə, qanunlarımız çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün, lazımı tapşırıqlar verməyinizi Sizdən xahiş edirəm!

Tam əminəm ki, Sizin səyləriniz nəticəsində, Respublikamızın Gömrük orqanında süründürməçiliyə, bürokratiyaya və qanunvericiliyin tələblərinin pozulması hallarına son qoyulacaqdır!

Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan öz minnətdarlığımızı da çatdırırıq!

Dərin hörmətlə,
RAMİL ASLANOV,
“Güvən 2012” MMC-nin Direktoru”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.