Ötən ayın sonlarında Sumqayıt şəhəri 1№-li İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə (UGİM) məxsus idman zalında baş verən hadisədən sonra 7 yaşlı Fərid Bakarovun dünyasını dəyişməsi Təhsil Nazirliyini fəal addımlar atmağa məcbur edib.

araz.az    Prosport.Az-a istinadən bildirir ki,2 gün əvvəl iclas keçirən Təhsil Nazirliyi artıq UGİM-lərə məxsus idman zallarını müvəqqəti bağlayıb. Zal ancaq həmin məktəbin şagirdlərinin və bədən tərbiyəsi müəllimlərinin üzünə açıq olacaq.

Hazırda həmin idman zallarında dərslərdən sonra fəaliyyət göstərən məşqçi-müəllimlərin təftişi gedir. Artıq onların Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu və ya əvvəlki idman nəticələri qəbul edilmir.

Onlardan keçdikləri idman növünə uyğun olaraq federasiyalardan arayış gətirilməsi tələb olunub. Məsələn, cüdo ilə məşğul olan məşqçi Cüdo Federasiyası, sambo ilə məşğul olan Sambo Federasiyasından onun məşqçiliyini təsdiqləyən arayış təqdim etməlidir. Həmçinin, bu şəxslər Narkoloji Dispanserdə sidikdən test verməli, onların narkotik aludəçisi olub-olmadığı müəyyənləşdirilməlidir.

Qeyd edək ki, son ölüm hadisəsindən sonra Fərid Bakarovun anası məşqçi-müəllim Mehman Xəlilovun narkotik istifadəçisi olduğunu bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.