“Müntəzəm fiziki fəallıq, bədən çəkisi və bel ölçüsünə nəzarət, suqaret və alkoqoldan imtina ürək və bütövlükdə sağlamlıq üçün həddən artıq fayda verəcək…”
Kardioloqlar həmçinin hansı göstəricilərin sağlamlıqla bağlı problemlərin olduğunu sübut etdiyini göstərib
Bütün sağlam kişilər 40 yaşına çatanda və bütün sağlam qadınlar menopauzadan sonra kardioloqu ziyarət etməlidir.
araz.az xəbər verir ki, bu barədə “59.ru/text” nəşri yazıb.
Normal təzyiqin nə qədər olması sualına əksəriyyət insanlar “kosmonavtda olduğu kimi 120/80 mm c.s. cavabını verəcək. Bu rəqəmlərdən hətta azacıq kənara çıxanda bir çoxları ürəklə bağlı nəsə qaydasında olmadığını düşünərək təlaş keçirir.
“Doktor Piter” kardioloqlardan hansı təzyiqin normal oduğunu, hansının həkimə müraciət etməli olduğunu göstərdiyini öyrənib.
– “Yuxarı” (sistolik) və “aşağı” (diastolik) təzyiq var, – bunu kardioloq Yekaterina Rudenko izah edir. – Birinci göstərici ürək yığılanda (sistola) miokard qanı vuranda damarlarda yaranan təzyiqdir. İkinci göstərici birbaşa ürək ritmi və damar divarlarının göstərdiyi müqavimətlə bağlıdır. İkinci göstərici və ya aşağı arterial təzyiq ürək boşalan zaman (diastola) arteriyalarda olan təzyiqdir.
Hansı təzyiq normal sayılır?
– Yaşlı adamlarda normal arterial təzyiq 100/60 – 135/80 mm c.s.-dur, – Yekaterina Rudenko deyib.
Normal arterial təzyiqin daha geniş diapazonunu kardioloq, tibb elmləri namizədi Anna Koreneviç açıqlayıb:
– Bəli, 120/80 əksəriyyət sağlam adamların təzyiqidir. Lakin adamlar var ki, 90/60-da norma sayılır. Elə 130-135/90-da norma sayıla bilər. Lakin təzyiq sakit vaxtı və daima 140/90 olursa, o zaman hipertoniyanın başlamasını və ciddi profilaktika ilə məşğul olmağın zəruriliyini göstərir. Ona görə də norma sistolik təzyiqin 90-135, diastolik təzyiqin 60-90 olmasıdır.
Arterial təzyiqin yüksək olmasının səbəbləri aritmiya, miokardit, hipertoniya xəstəliyi, miokard infarktı, ürək qüsuru, insult və baş beyin damarlarının zədələnməsi ola bilər.
Aşağı göstəricilər müxtəlif etiologiyalı anemiya, ağ ciyər arteriyasının tromboemboliyası, kəskin ürək çatışmazlığı ola bilər.
– Təzyiqin tez-tez dəyişməsi aritmiyalar, miokardit və perikardit, ürək çatışmazlığı zamanı qeydə alınır, – Yekaterina Rudenko əlavə edib.
İş təkcə ürəklə bağlı deyil
Hipertoniya və hipotoniya təkcə ürək-damar sisteminin patologiyaları deyil, həm də başqa orqanların işində problemlərlə bağlıdır.
– Məsələn, hipertoniya çox vaxt böyrək xəstəlikləri və endokrin pozuntuları ilə bağlı olur, – Yekaterina Rudenko izah edib. – Həmçinin arterial təzyiqə xarici amillər-stres, az istirahət, emosional və fiziki yüklənmələr, siqaret çəkmə, balanslı olmayan qidalanma, iqlim və hava şəratinin dəyişilməsi, müəyyən qrup dərman preparatlarının qəbulu təsir edir.
Kardioloqu hətta sağlam adamlar da ziyarət etməlidir
Sizin hətta şikayətiniz olmasa belə müəyyən yaşdan sonra profilaktika üçün kardioloqu ziyarət etmək tövsiyə edilir.
Bütün kişilər 40 yaşına çatdıqda və bütün qadınlar menopauzadan sonra kardioloqu ziyarət etməlidir.
Ürək-damar xəstəliklərinin risk amilləri
Birincisi- dislipidemiya (məsələn, “pis” xolesterinin midarının yüksəlməsi), arterial hipertoniya, şəkərli diabet, böyrəklərin xroniki xəstəlikləri, siqaret çəkmə, piylənmə.
İkincisi-kişi cinsi, yaş, ürək-damar xəstəlikləri üzrə ağırlaşdırıcı ailə anamnezi, yəni yaxın qohumlarda ürəyin işemik xəstəliyinin-miokardı infarktı və ya qeyri-stabil stenokardiyanın erkən, kişilərdə 55 yaşadək, qadınlarda 60 yaşadək başlanması.
– Bundan başqa, o qədər də güclü olmayan amillər də var, bunlar sosial deprivasiya, psixososial stres, o cümlədən psixi tükənmə, xroniki iltihabi xəstəliklər və s. Beləliklə, ürək-damar xəstəlikləri riskləri çoxsaylıdır. Bunları hər bir pasiyent üçün həkim müəyyən edə bilər.
Ürək sağlamlığı üçün nə etməli?
“Zdravnitsa” ailə mərkəzinin kardioloqu Səbinə Noqovitsına bunun üçün həyat tərzinə bir neçə faydalı vərdişləri daxil etməyi məsləhət görür: müntəzəm fiziki fəallıq, bədən çəkisinə və bel ölçüsünə nəzarət.
Siqaret çəkməkdən və alkoqoldan imtina edilməsi təkcə ürəyə deyil, həm də bütövlükdə sağlamlıq üçün həddən artıq fayda gətirəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.