Təbii ki, Rusiya hal-hazırda Ukrayna ilə müharibənin daha da şiddətlənməsinə maraqlı deyil. Bunun obyektiv və subyektiv səbəbləri var.
Rusiya üçün indi zəbt ediyi ərazilərdə cəbhə boyu möhkəmlənmək və etibarlı müdafiə xəttinin yaratmaq əsas məqsəddir. Sözsüz ki, tərəflər arasında danışıqlara başlamaq, atəşkəsin əldə edilməsi Rusiyaya qoyulan məqsədə çatmaq üçün şərait yaradan amildir. Həmçinin “status kvo” Rusiyanı qalib ölkə göstərə bilər. Digər vacib şərt isə odur ki, Rusiya Ukraynada müharibə apardıqca hərbi potensialı tükənir, iqtisadiyyatı sanksiyalarla məhv olur, Putin hakimiyyəti silkələnir. Həm də Rusiya Ukrayna müharibəsini davam etdirdikcə özü üçün rpioritet saydığı digər istiqamətlərdə özünü cəmləşdirə bilmədiyindən rolu azalır, nüfuzu düşür və mövqeyini itirir. Eləcə də Cənubi Qafqaz istiqamətində Rusiyanın son dərəcə zəifləməsi Ukrayna ilə müharibənin verdiyi nəticələrlə bağlıdır. Rusiyanın Cənubi qafqazda istəkləri imkanları ilə uzlaşmır. BMT-də qəbul edilən son sənəddə Ermənistan Rusiyanı təcavüzkar tanımaqla Rusiya ilə eyni yolla getmədiyini göstərdi. Paşinyanın Praqada Moskvanın potranajında olan hərbi blok KTMT barədə açıqlaması Ermənistanda Paşinyan hakimiyətinin avrointeqrasiya istiqamətinə növbəti addımıdır.
Azərbaycan isə öz suveren hüququndan istifadə edərək Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunda SBM, Gömrük Postü qurması ilə rus “sülhməramlı”larının əhəmiyyətsiz mövcudluğunu, gərəksizliyini həm də göstərdi. Eyni zamanda Qarabağda yerləşən rus “sülhməramlı”larına Azərbaycanın hər hansı bir mandat verməməsi Rusiyanın ümumən regionda qalması üçün çox çətinliklər yaradır.
Əlbəttə ki, Kreml hakimiyyəti vəziyyəti düzgün anlamamış deyil və məhz bu səbəbdən də Ermənistan və Azərbaycan XİN başçılarının Vaşinqton platformasındakı görüşünün əhəmiyyətini azaltmağa və danışıqlar üçün Moskvanın əsas platforma kimi realizə etmək niyyətindədir. Qarabağda rus “selhməramlı”larının yeni komandanı Lentsovun Bakı səfərinin bir günlük təxirə salınmasının da əsas səbəbləri sözsüz ki, Ermənistan Azərbaycan danışıqlarının son Vaşinqton görüşündə əldə edilmiş nəticələrini analizi və ona uyğun, həm də Moskvanın manevr imkanlarının öyrənilməsi və onun tətbiqi ilə bağlı məsələ idi. Ermənistan hakimiyyətinin bir mənalı olaraq Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tanıması Rusiya üçün xoş xəbəb deyil. Hərçənd ki, Ermənistan da, Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar, açıqlamalar verib. Ancaq formal olaraq məsələnin uzanması Rusiyanın maraqlarına tam uyğundur.
Gözlənilən Moskva görüşündə Ermənistan Azərbaycan arasında konkret nəticələrin əldə edilməsi və onun praktik realizə olunması şübhə doğursa da, Azərbaycan bu görüşdən imtina etmir. Ancaq Bakı üçün Vaşinqton danışıqları ən əlverişli platforma olaraq qalır.
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ Müharibəsi qazisi.
araz.az xəbər portalı.