Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alır.

araz.az   xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi “pastinfo” saytının sorğusuna cavabında deyib.

Komitə 2018-2022-ci illər ərzində əcnəbilərin Ermənistanda daşınmaz əmlak alması ilə bağlı məlumatları açıqlayıb.

Məlumata görə, əmlak alanlar arasında Azərbaycan və Türkiyə vətəndaşları da var.

“Əmlak alan Türkiyə və Azərbaycan vətəndaşları hüquqi yox, fiziki şəxslərdir. 2018-2022-ci illər ərzində Türkiyə vətəndaşları Ermənistanda 46 əmlak alıb. Bunlardan 40-ı mənzil, 2-si həyət evi, 3-ü dövlət, 1-i isə torpaq sahəsidir. Mənzillərin 7-si 2018-ci ildə, 12-si 2019-cu ildə, 2-si 2020-ci ildə, 8-i 2021-ci ildə, 11-i 2022-ci ildə alınıb.

2019-cu ildə 2 yaşayış evi və 3 dövlət əmlakı alınıb. 1 torpaq sahəsi 2021-ci ildə alınıb. Türkiyə vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşları da Ermənistanda əmlak alıb. 2018-2022-ci illərdə Azərbaycan vətəndaşları ümumilikdə 3 mənzil, 1 həyət evi və 1 ictimai obyekt əldə ediblər. Azərbaycanlılar 2018, 2019 və 2022-ci illərdə mənzil, 2022-ci ildə yaşayış evi, 2019-cu ildə isə ictimai obyekt alıblar”, – məlumatda qeyd olunur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.