2023-cü ilin 1-ci rübündə Dövlət büdcəsinə daha çox vəsait cəlb edilib.

araz.az bildirir ki, bu ilin ilk rübündə dövlət büdcəsinə daxil olmalar praqnozlaşdırılandan daha çox olub.

Yalnız neft sektorundan deyil, eyni zamanda qeyri-neft sektorunda da daxil olmalarda artımlar var.

Hazırda 2023-cü ilin büdcəsində neftin 1 barelinin qiyməti 50 dollardan hesablanıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, büdcəyə edilən dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunduqdan sonra konkret istiqamətlərə ayrılan vəsaitin həcmiylə bağlı məlumatları da əldə etmək mümkün olacaq.

Onu da qeyd edək ki, büdcəyə yenidən baxılan zaman neftin qiymətinin müzakirəsi də gözlənilir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.