Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova məxsus “Şərur” Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb edir. 

araz.az   xəbər verir ki, keçmiş icra başçısının oğlu bu məqsədlə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi Dəyanət Seyidəliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Artıq iş üzrə hakim təyin edilib. Dəyanət Seyidəliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.

İşin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.

Dəyanət Seyidəliyev

“Şərur” MTK 24 aprel 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 148 788.20 AZN-dir. İsfəndiyar Axundovun şirkəti Azərbaycanın tikinti bazarında əsas oyunçulardan biridir.

Dəyanət Seyidəliyevin atası Ənvər Seyidəliyev 2007-2019-cu illərdə Ağsunun icra başçısı olub. O, hazırda təqaüddədir.

araz.az xəbrə portalı.

araz.az xəbər portalı.