Yasamal rayonunda qanunsuz tikintilər (fasiləsiz olaraq) davam etdirilir.
Qeyd edək ki, sosial medialarda illərdir ki, bu barədə məlumatlar mütəmadi olaraq, yayımlanır. Ancaq, görünür pul “gözünü elə örtüb” ki, Elşad Həsənov dərc edilən bütün məlumatlara görə “tükünü də tərpətmir”. Yəni, görməməsi mümkün deyil, bəlli ki, görməzdən gəlir.
İş o yerə çatıb ki, Yasamal rayonunda artıq, torpaq üzərində yer qıtlıq olduğu üçün, camaat evlərinin üstündən ev tikməyə başlayıb.
araz.az bildirir ki, bununla bağlı “Ulutv.info” redaksiyasına qanunsuz tikintilərlə bağlı daha bir məlumat daxil olub.
Məlumatda bildirilir ki , “Yasamal rayonu Yeni Yasamal – 2 yaşayış ərazisində Xiyabani küçəsində (müəllimlər binasının yanında) əslən Laçın rayonundan olan məcburi köçkün tərəfindən qanunsuz tikintinin inşası gedir”.
Məlumat daxil olduqdan sonra, məsələ ilə əyani tanış olmaq üçün sözügedən ünvanda olduq.
Biz xidməti vəzifəmizi yerinə yetirərkən, üzərimizə hücum edildi və təhdid edildik.
Qeyd edək ki, artıq bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinə, Ərazi İcra nümayəndəsi Fərhad bəyə, Ərazi üzrə Mənzil İstismar sahəsinin müdiri Kamal bəyə və Daxili İşlər Nazirliyinə tərəfimizdən məlumat verilib. Lakin, hələ də sözügedən tikintinin inşası fasiləsiz davam etdirilir.
Mövzuya qayıdacağıq və növbəti yazılarımızda bu haqda daha geniş və ətraflı faktları təqdim edəcəyik.
Adı çəkilən tərəfləri də dinləməyə hazırıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.