Nurlana Əliyeva Bakı Slavyan Universitetini məhv edəndən sonra  yeni təyin olunan rektor vaxtilə Azərbaycan Dillər Universitetində dekan kimi işləyən, tələbələrin “dərisini soymaq” üzrə püxtələşən,keçmiş rektorlardan birinin “pul yığanı” kimi tanınan,adı rüşvət hallarında tez-tez hallanan və ən əsası Elm və Təhsil naziri Emin Əmrullayevə arxalanan Anar Nağıyev Bakı Slavyan Universitetini viran qoymaq istiqamətində mətin addımlarla irəliləməkdədir.

araz.az   azertaym.az-a  istinadən bildirir ki, Anar Nağıyev rektor təyin olunduğu gündən bu günə qədər Azərbaycan Dillər Universitetindən BSU-ya xeyli sayda bacarıqsız və səriştəsiz  kadrları toplamaqdadır. Belə kadrlardan biri də, Magistr dərəcəsi olmayan, insanlarla kommunikasiya qura bilməyən, Elçin adlı şəxsi özünə müşavir təyin edib. Qeyd olunan şəxsin heç bir xarici dil biliyi olmaması və xəritədə slavyan ölkələrini göstərə bilməməsinə baxmayaraq müəyyən şirinlik qarşılığında bu vəzifəyə təyin edildiyi deyilir. Onun daha geniş fəaliyyəti barədə Dillər Universitetindən kifayət qədər məlumat əldə etmək mümkündür.
Rektorun daha bir “uğurlu” təyinatı isə yenicə BSU-nun Həmkarlar ittifaqı təşkilatının sədri təyin olunan Əzim adlı şəxs olduğu deyilir.1

Əzim müəllim kimdir?

Əzim müəllimin BSU-da prorektorlarla bir cəbhəyə qoyulması heç də təsadüfi deyil. Rektorla olan dostluğuna görə illər boyu görmədiyi günləri görən bu şəxs həm də rektorun qara kassası adını aldığı bildirilir. Universitetdə müxtəlif vəzifələrə təyin olunmaq üçün mütləq Əzimlə nahar yeməyi yemək labüddür.

Özünü Psixoloq kimi kollektivə sırıyan bu şəxsin vaxtilə ADU-da idman müəllimi kimi işlədiyi və ona BSU-da iki xidməti otaq və limitsiz səlahiyyət verildiyi deyilir. Belə ki, o istədiyi auditoriyaya daxil olub müəyyən “çatışmazlıq və nöqsanları aşkar etməklə” məşğuldur. Rektoru bir an belə tək buraxmadığı, rektorla işə gəlib onunla işdən getdiyini, səhərlər koridorun başlanğıcında onu gözlədiyi deyilir.

Əzim müəllimin nöqsan aşkar etməkdən əlavə kadr axtarışı aparma funksiyaları da mövcuddur. Bir müddət əvvəl ADU-nun sonuncu kurs tələbələri arasında müəyyən məbləğ müqabilində BSU rektorunun köməkçisi vəzifəsinə namizəd axtarışında olduğu da bildirilir. Amma bu axtarış hələki heç bir nəticə verməyib.

Adının çəkilməsini istəməyən mənbəəmizin redaksiyamıza verdiyi məlumata görə Anar Nağıyev sanki rektor yox  yüksək ranqlı bir məmur kimi fəaliyyət göstərməkdədir. Dövlət başçısının məmurların qarşısında qoyduğu tələb və tapşırıqları heçə sayan rektor nəyinki heç bir universitet əməkdaşını, hətta  vətəndaşları belə qəbul etmir. Qəbula gələn valideynlər saatlarla universitetin foyesində gözləyib daha sonra narazı şəkildə universitetin binasını tərk etdiyini bildirirlər.
Hələ problemlər bununla bitmir. Rektorun qəbul otağında hərgün  sıxlıq müşahidə olunur.  Qəbul otağının qarşısında illərini bu universitetə vermiş professorlar, müəllimlər və şöbə müdirləri saatlarla növbədə gözləyir. Professor və yaşlı müəllim heyəti onlara bu rəhbərlik tərəfindən hörmət edilməməsindən narazılıq edirlər. Onlar qeyd edirki, hazırki “rektorat” bizə keçmiş rektor Nurlana Əliyevanın qəbul otağını xatırladır. Dəyişən heçnə yoxdur .Yəqin içəridə daha “vacib işlərlə məşğuldur” deyə qeyd edirlər.

Universitet əməkdaşlarının verdiyi məlumata görə rektorun işə gəlməsi və koridorlarda gəzməsi də ayrı bir dastanı xatırladır. O dastanı ki, sanki hansısa ölkənin şahı koridorda hərəkət edir, hələ koridorla hərəkət edən əməkdaşların onu görüb kənara çəkilib başlarını aşağı dikməsi ayrı bir fəlakətdir. Rektorun bundan zövq alırmış kimi heç üzlərinə də baxmadan otağına çəkilməsi təəssüf hissi doğurur. Maraqlıdır ölkə prezidenti cənab İlham Əliyev prezident olmasına baxmayaraq daima vətəndaşların arasında sadəliyi ilə göz önündə,xalqın içində yer alır.

Bəs kiçik bir universitetin rektoru olan Anar Nağıyev özünü niyə belə böyük vəzifəli şəxs kimi aparır?

Təbii ki, suallar çoxdur, amma bunlar cavab tapmaq olduqca müşkül məsələdir.
Əməkdaşlar qeyd edir ki rektor eyni zamanda onları aldadıb. Onların sözlərinə görə hələ 2021-ci ildə universitet elmi şurasında maaşların artırılması ilə bağlı qərar verdiyini  elan etməsinə, bununla mətbuatda özünü reklam etdirməsinə baxmayaraq hələ də maaş artımından söhbət belə getmir. Maliyyə şöbəsindən, baş mühasibin istəmədən dediyi sözlərə görə  rektor yalnız özünün, yaxın ətrafının, işə yeni qəbul etdiklərinin, dekan və şöbə müdirlərinin maaşını artırması bildirilir.Dövlət başçısının imzaladığı sərəncamların eləcə də tapşırıqların BSU-ya aid edilməməsindən narazı olduqlarını bildirirlər.

Daha sonra qeyd edirlər ki, hal-hazırda Anar müəllimin başı biznesə o qədər qarışıb ki, təhsil yaddan çıxıb. Magistr təhsili olmayan əməkdaşlara dərs saatı paylayır, qocaman müəllimləri isə ya əmək məzuniyyətinə yola salır, ya da ştatını azaldır, bir sözlə professor-müəllim heyətini “cavanlaşdırmaqla” yanaşı həm də “ağdamlaşdırır”. Belə ki, BSU-da hər hansı vəzifəyə təyin olunmaq üçün Ağdamlı olmaq əsas faktor kimi götürülür. İstər işə qəbul, istər vəzifəyə qəbul olmaq üçün Ağdamlı olmaq üstünlük hesab olunur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.