“Onlarla bir neçə dəfə görüşümüz olub. Öz-özümə deyirdim ki, dünyaya 17 uşaq gətirdikləri üçün peşmandılar. Söhbət əsnasında gördüm ki, “yox ey, nə peşmançılıq, əksinə onlar uşaqların sayını artıra da bilərlər”.
araz.az bildirir ki, bunu HİT.az-a açıqlamasında Bərdə şəhərinin Cəyirli kəndinin eks bələdiyyə sədri Əkbər Əliyev 17 uşaqlı ailənin problemlərindən danışarkən deyib. O, 17 uşağın çətinliklə böyüdüyünü qeyd edib:
“17 uşaq atası Taleh İsgəndərov sürücüdür, ictimai nəqliyyatda işləyir. Uşaqlarının bəzləri hərbi xidmətə gedib, bəziləri işləyir, çörək qazanır, amma 10-dan yuxarı uşaq məktəb yaşındadır. Ailə böyükdür, bir təhər dolanırlar, evin içini heç kəs bilmir. Taleh bu uşaqları halal çörəyi ilə böyüdüb. Məktəbi bitirən uşaqların ali təhsili yoxdur”.
Sabiq bələdiyyə sədri onların Bərdə şəhərində yaşadığını vurğulayıb:
“Ailə uzun müddətdən sonra kəndə köçüb. Şəhərdən kəndə gələndə hardasa 3-4 uşaq var idi. Mən bələdiyyə sədri olanda ailə yanıma gəlib dəstək istəyirdi, ora-bura müraciət edirdik. Hara müraciət edirdiksə, deyirdilər ki, “350 manat uşaq pulu verirlər də, bəsinizdie”. Deyirdik ki, 350 manata bu qədər uşağı saxlamaq olar? Bunların əyni-başı, yeməyi, təhsili var”.
Sabiq sədr uşaqların anası Tünzalə İsgəndərovanın heç bir yerdə işləmədiyini, evdar qadın olduğunu xatırladıb:
“Ailə başçısının təxminən 50 yaşı var. Yoldaşı isə evdar qadındır, işləmir, ancaq dünyaya uşaq gətirib, onları böyüdüb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.