İstanbul Beynəlxalq İxtira Sərgisinin qaliblərindən biri Ceyhun Xəlilov “Haqqın.az” saytında yayımlanan yazının bir hissəsinə görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən üzr istəyib.
İctimaiyyətin diqqətində olan bir media vasitəsi olaraq, araz.az portalı da, onun Facebook-dakı həmin statusunu, olduğu kimi, öz dəyərli oxucularına təqdim edir:
“Əziz dostlar, məqalənin sonunda kiçik bir anlaşılmazlıq olub. Belə ki, məhz gömrük əməkdaşları mənə Türkiyəyə gedə bilməyim üçün sənədləşmənin tez aparılmasına köməklik ediblər. Anlaşılmazlığa görə şəxsən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından üzrxahlıq edirəm və qısa zamanda düzəlişin olması üçün gərəkəni edəcəm”.
Qeyd: Yazıda bildirilirdi ki, gömrükçülər ixtiraçını iki gün hava limanında saxlayıblar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.