“Elmanado” MMC barəsində protokol hazırlanıb.
araz.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol Abşeron rayon Məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 500 AZN olan şirkətin qanuni təmsilçisi, Abdullayev Toğrul Taryel oğludur. 07.08.2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Masazır, Y.Məmməməliyev küç., ev 49-dur.
Qeyd edək ki, “Elmanado” MMC 2010-cu ildən etibarən istehsala başlayıb. Fabrik ayaqqabı altlığı, PVC, PU, TEP, EVA, TPU, ayaqqabı altlıqları, həmçinin EVA, TPR, TPU və PVC altlığı üçün xammal istehsal edir.
Xatırladaq ki, sözügedən şirkət, Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsi “Gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması” üzrə elan etdiyi tenderin qalibi olub. İdarə qalib şirkət ilə məbləği 3 milyon 220 min 678 manat olan müqavilə bağlayıb. Həmçinin, “Elmanado” MMC İdarənin “Furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə və fərqlənmə nişanlarının alınması” ilə bağlı keçirdiyi tenderin qalibi olub və 3 milyon 510 min 6 manatlıq müqavilə imzalayıb.
Hər iki müqavilə üzrə “Elmanado” şirkəti 6 milyon 730 min 774 manatlıq sifarişlər alıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.