“Açıq Cəmiyyət Fondu”nun təsisçisi Corc Soros ürəktutmadan vəfat etməsi ilə bağlı xəbərləri təkzib edib.
araz.az sfera.az-a istinadən xəbər verir ki, Corc Soros bu barədə Tvitter hesabında paylaşım edib.
O yayılan məlumatların yalan olduğunu bildirib:
“Mənim infarkt keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Mən sağam və sağlamam”, – deyə Corc Soros yazıb.
Qeyd edək ki, ötən gün milyarder, Soros Fondunun rəhbəri Corc Sorosun infarkt nəticəsində öldüyü haqda məlumatlar yayılmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.