Azərbaycanda zəlzələ olub.
Yeniavaz.com saytı xəbər verir ki, zəlzələ cənub bölgəsində daha çox hiss olunub.
Bu barədə Lənkəran, Masallı, Astara, Lerik rayonlarında yaşayan şəxslər sosial şəbəkədə məlumat veriblər.
Təkanların davam etdiyi bildirilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Təkanlar Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub.
araz.az xəbər portalı.