İş adamı Gülağa Tənhanın üç il öncə saytımızda dərc olunan məktubu sildirmək istəyi onun məhkəməyə müraciət etməsi ilə nəticələnib. Səbəb isə media orqanı olaraq öz nüfuzumuzu qorumaq və imicimizə ziyan vurmamaq üçün dərc olunan yazını saytdan silməkdən imtina etməyimizdir. Bu isə Gülağa bəyə yaman təsir edib və o, saytı məhkəməyə vermək, üstəlik, kompensasiya tələb etmək qərarına gəlib. Hərçənd həmin vaxt mövcud olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunda bu cür məsələlərdə jurnalistlərin haqlı olduğunu ortaya qoyan müddəalar yer alıb. Görünür, Gülağa Tənha “KİV haqqında” Qanunları heçə sayaraq hər şeyi məhkəmə ilə həll edəcəyini düşünür. Amma deyəsən, iş adamı məhkəmələrin istinad nöqtəsinin məhz ölkə qanunları olduğunu yaddan çıxarıb. 

araz.az    bildirir ki, mövzunu KONKRET.az-a Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli şərh edib. Onun sözlərinə görə, ötən qanunvericilikdə redaksiyanın materialları adətən bir il müddətində saxlamalı olduğu göstərilirdi:

“Beləcə, qarşı tərəf bir il müddətində məhkəməyə müraciət edərsə, həmin isbatedici fakt və arqumentlərdən istifadə olunurdu. Amma sözügedən məsələ 3 il öncə baş verib. Buna görə də həmin şəxsin limiti bitmiş sayılır. Əgər məsələ ilə bağlı problem vardısa, qarşı tərəf zamanında məhkəməyə müraciət etməli idi. Bu baxımdan onun məhkəməyə müraciət üçün ən azı mənəvi haqqı itirilmiş hesab olunur.

İkincisi, həmin vaxt materialı başqa media qurumları da yayıblar. Köhnə qanunvericiliyə görə (62-ci maddə), KİV-də dərc edilən və aidiyyəti şəxs tərəfindən təkzib olunmayan materiallar digərləri tərəfindən yayılırsa, burada media qurumu məsuliyyət daşımır. Həmin vaxt sözügedən material başqaları tərəfindən yayıldığı halda ona təkzib verilməyibsə, deməli, digər media orqanının həmin məlumatı dərc etməsi məqbul sayılır və hüquqi məsuliyyət yaratmır. İndi üzərindən 3 il keçib. Biz o vaxt həmin materialın hansı KİV-lərdə yayıldığı haqda məlumatı haradan toplayaq? Niyə təkzib verilmədiyini necə müəyyən edək? Əgər bu şəxslərin məsələ ilə bağlı fikirləri vardısa, gərək zamanında müraciət edərdilər. Vaxtında təkzib verilsəydi, digər media qurumları bu marterialı dərc etməzdilər. Əgər fikir vaxtında təkzib edilməyibsə və başqaları da bu məlumatı yayıbsa, o zaman ortada hüquqi məsuliyyət yoxdur. Məsələni 3 il sonra yenidən qaldırmaq, hətta silinməsi bir yana, üstəlik, kompensasiya da tələb etmək nə huquqa, nə jurnalist kodeksinə, nə də digər mənəvi məsələlərə uyğundur”.

Media haqqında" qanunda da... - Müşfiq Ələsgərli bildirib ki, Gülağa Tənhanın çoxsaylı KİV qurumlarını məhkəməyə verməsi ilə bağlı informasiyalar dolaşır: “Görünür, adamın təzə köməkçisi, yaxud hüquqi məsləhət aldığı şəxs var. Onu yanlış istiqamətə yönəldirlər. Amma KİV-lərlə belə intriqaya getməyi tövsiyə etməzdim. Doğrudur, köhnə qanun artıq 2022-ci ildən dəyişdirilib, indi başqa qanun var. Bəlkə də onlar yeni qanunda öz xeyirlərinə nəsə tapa bilərlər. Amma təzə qanun köhnə dövrə tətbiq olunmur. Bunu unutmamalıdırlar. Köhnə qanunun 62-ci maddəsi KİV-ləri məsuliyyətdən azad edən halları özündə ehtiva edir. Yəni zamanında informasiya başqa KİV-lərdə gedibsə və məlumatın aid olunduğu şəxs tərəfindən təkzib edilməyibsə, bu zaman başqa media qurumlarının onu dərc etməsi hüquqi məsuliyyət doğurmur”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli isə bildirib ki, qanunda müəyyən müddət var. Bu müddəti keçəndən sonra, ümumiyyətlə, şikayət etmək mümkün deyil: “Media kimlərinsə sözü ilə oturub-durmalı deyil. Birdən material qəzetdə çap olunsaydı, o zaman nə baş verəcəkdi? Biz qəzeti yandırmalı idik? İnformasiya portalının qəzetdən fərqi yalnız internet üzərindən yayımlanmasıdır. Amma hər ikisi arxivdir. Arxivlə heç nə etmək mümkün deyil. Bütün hallarda bu cür məsələlərdə qanun  jurnalistlərin tərəfində olmalıdır. Birinci şikayət olunur və media yazını dərc edir. Üzərindən illər keçdikdən sonra isə tərəflər barışırlar və materialı sildirməyə cəhd göstərirlər. Media oyuncaq deyil ki, istədikləri vaxt istədikləri addımı ata bilsinlər”.

Image result for Yadigar Məmmədli

Mövzunu saytımıza şərh edən tanınmış jurnalist və media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, həmin şəxs sözügedən məktubu onun yox, başqasının vasitəsi ilə sizə çatdığını sübut etməlidir: “Bunu sübut edə bilməyəcək. Bu məhkəmə işində onun qalib gəlmək perspektivi çox aşağıdır. Çünki sizin saytdan öncə başqa media qurumlarında material yayımlanıb. İkincisi, o, bu yazını özünün yazmadığını sübut edə bilməz. Məhkəməni udacağına inanmıram. Yəqin ki, uduzacaq”, – deyə Zeynal Məmmədli fikirlərini tamamlayıb.

Zeynal Məmmədli: “Zaman keçər və bu xanımlar özəl əxlaqla..." - Unikal.az

araz.az xəbər portalı.

araz.az xəbər portalı.