“Ukrayna hadisələrinin Rusiyanın Cənubi Qafqazda imkanlarına heç bir təsiri yoxdur. Amma Ermənistan və Azərbaycana elə gəlir ki, Rusiya Cənubi Qafqazla məşğul ola bilməz. Ola bilər”.

araz.az    xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində rusiyalı tarixçi Modest Kolerov deyib.

O bildirib ki, İrəvan və Bakının fikrincə, Rusiyanın Qarabağda heç bir işi yoxdur:

“Ermənistanın Qarabağdan imtina etməsi bu qənaətin nəticəsidir. İllər əvvəl Qarabağla bağlı qərarı artıq Paşinyan verib, bu isə Qarabağın xeyrinə deyil”.

Kolerovun sözlərinə görə, sülhməramlıların mandatı müəyyənləşdiyi üçün Rusiya indi heç nə edə bilməz:

“İstənilən tərəf Rusiyaya deyəcək: hara müdaxilə edirsən, sənin sülhməramlı mandatın var, başqa səlahiyyətin yoxdur. Sülh müqaviləsi imzalanağı təqdirdə sülhməramlılar keçid dövrü üçün orada qalacaqlar, sonra isə onların qalma müddəti uzadılmayacaq. Rusiya hazırkı ssenariyə müdaxilə edə bilməz, çünki bu, tamamilə Ermənistan və Azərbaycandan asılıdır. Rusiya bunu dəyişə bilməz”.

O deyib ki, “xilas”ın yeganə ssenarisi sülhməramlıların mandatının uzun müddətə uzadılması, kommunikasiya və Qarabağ ermənilərinin hüquqları məsələlərinin həllidir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.