erdogan_heykeli_sokuldu.jpgTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızıl suyuna salınmış heykəli Almaniyada sökülüb.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, heykəl müasir incəsənət festivalı çərçivəsində Visbaden şəhərinin mərkəzində yerləşdirilmişdi.

Polisdən bildiriblər ki, heykəl kranın köməkliyi ilə maşına yüklənib: “İndi onu yanğınsöndürmə maşınında daşıyırlar. Fikrimizcə, əməliyyat dinc keçib”.

Şəhər hakimiyyəti təhlükəsizliyi təmin etmək məqsədilə Türkiyə Prezidentinin heykəlini sökmək qərarına gəlib.

 

araz.az xəbər portalı.