Eli Eliyev“Hələlik ilk sualımı ünvanlayıram bu başıbəla hüquqşünasa: Kollektiv təhlükəsizlik Şurasına üzv olmadığımız halda aprel döyüşlərində Moskvanın zəngi ilə insanlarımızı qırğına verib, əməliyyatları saxladınız. Baş Qərargah rəisiniz də Moskvada atəşkəsə göstəriş verdi. Ora girsəniz necə olacaq? O qüvvələrin rəhbəri ermənidir. Belə çıxır ki, bizim silahlı qüvvələrimizi dığa idarə edəcək?”

Sozcu.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına Azərbaycanında üzv olmasının vacibliyindən danışan hakimiyyət nümayəndələrinin fikirlərinə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev deyib.

“İndi də Əli Hüseynovu dövriyyəyə salıb, ictimai rəyi test edirlər. Zat inandırmağa çalışır ki, xilas “rus NATO-su” KTŞ-dadır. Ruslar Cocuq Mərcanlıda dedilər ki, bizim Cənubi Qafqazda yeganə etibarlı müttəfiqimiz Azərbaycandır, ermənilərin Paşinyan versiyasında ruslarla düşmənçiliyi qaçılmazdır, bundan istifadə edib Qarabağın qaytarılması üçün tarixi şans yaranıb və s. Elə bil uşaq başı aldadır. Ümumiyətlə, müsahibə yanlış və ziddiyyətlərlə doludur. Vaxtında cavabını verəcəyəm.

İki versiyam var: ya hakimiyyət ABŞ və bütövlükdə Qərbin mesajını gətirən Merkelə bu yolla təzyiq edir ki, bizi sıxsanız, Kremlə doğru qaçarıq, ya da Moskva təhdidi artırdığından hakimiyyətlərini saxlamaq üçün Azərbaycana rus əsgərini qaytarmaq istəyirlər. Birinci versiyanı istisna üçün ayın sonuna kimi gözləmək lazımdır. Əgər ondan sonra da xətt davam etsə, o zaman təhlükənin real olduğunu söyləmək asanlaşacaq.

Hələlik isə, cəmiyyətimizi məsələ ətrafında diqqətli olmağa çağırıram. Xarici sərhədlərimizin tərəfimizdən qorunması, başqa ölkənin əsgərlərinin ərazimizdə olmaması müstəqilliyimizin ən böyük uğurudur. Bunu hifz etmək zərurətdir.

Hələlik ilk sualımı ünvanlayıram bu başıbəla hüquqşünasa: Kollektiv təhlükəsizlik Şurasına üzv olmadığımız halda aprel döyüşlərində Moskvanın zəngi ilə insanlarımızı qırğına verib, əməliyyatları saxladınız. Baş Qərargah rəisiniz də Moskvada atəşkəsə göstəriş verdi. Ora girsəniz necə olacaq? O qüvvələrin rəhbəri ermənidir. Belə çıxır ki, bizim silahlı qüvvələrimizi dığa idarə edəcək?”

Elşən Əlisoy

araz.az xəbər portalı.