WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-2.jpg

MÖHTƏŞƏM YENİLİK ÖVLAD HƏSRƏTLİ AİLƏYƏ SEVİNC BƏXŞ ETDİ

“Avqust ayının 28-də Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda gerçəkləşdirdiyimiz bu riskli əməliyyatla nəinki Azərbaycan, hətta dünya səviyyəsində bir ilkə imza atdıq. Çoxdan hazırlığını gördüyümüz bu möhtəşəm yeniliyi həyata keçirə bildiyim üçün təkcə mən yox, bütün Azərbaycan səhiyyəsi qürur duyur. Sevinc dolu bu yenilik həm də ona görə qürurvericidir ki, bu prosedurun tətbiqi cəmiyyət arasında geniş yayılan ciddi bir sosial problemin həllinə kömək edəcək. Övlad həsrətində olan yüzlərlə ailələrimiz var ki, bu problemlə qarşılaşır və bu məsələ də, öz-özlüyündə cəmiyyətdə ayrı-ayrı problemlərə yol açır, boşanmaların sayı çoxalır.
Düşünürəm ki, bu yenilik çox ailələrimizi belə xösagəlməzliklərin cəngindən xilas edəcək”, professor Şahbaz Şahbazov dedi.

ATU-nun Cərrahiyyə Korpusunun birinci mamalıq-ginekologiya kafedrasının professoru, kerçəkləşdirdiyi yeni əməliyyatla bağlı, bu tibb müəssisəsinin konfrans zalında keçirdiyi mətbuat konfransında bildirdi ki, o, 5 ildir hamiləliyinin 16-cı həftəsində hamiləliyi həmişə yarımçıq qalan bir pasiyentinə, hamiləliyinin həssas dövründə cərrahi müdaxilə edərək, övlad sahibi olmasına kömək edib: “Pasiyentimiz illərdir ailə həyatı qurmasına baxmayaraq, övlad sahibi ola bilmirdi. Ananın uşaqlıq orqanı dölün böyüməsini saxlaya bilmədiyi üçün, hər dəfə hamiləliyin 16-cı həftəsində açılış baş verirdi. Bu tibbdə bir diaqnoz olaraq, uşaqlıq boyu çatışmazlıq adlanır.
İndiyədək, bu və bu kimi hallarda, əsasən, ənənəvi üsuldan istifadə edilirdi. Ənənəvi üsul isə, qarın boşluğuna girmədən, aşağıdan — vaginal yolla cərrahi müdaxilədir. Bu pasiyentə bu üsulla 3 dəfə cərrahi əməliyyat aparılsa da, heç bir müsbət nəticə əldə edilməyib. Lakin mən bu dəfə yenilik etdim. Düzdür, amerikalı və türkiyəli cərrahlar bu əməliyyatın bir başqa formasını icra edirlər, lakin mən bu üsula yeni bir modifikasiya gətirdim.

[bt_slider uid=”1535703542-5b88f9f6cfdd4″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-11.jpg” title=”WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-11.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-7.jpg” title=”WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-7.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-2.jpg” title=”WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-2.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-3.jpg” title=”WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-3.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-9.jpg” title=”WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-9.jpg” link=”” parent_tag=”slider”][/bt_slider] Ümumiyyətlə, hamiləlik dövründə uşaqlıq boyunda hər hansı əməliyyat aparmaq təhlükəlidir, bu, dölün düşmə təhülkəsi ilə yanaşı, ana üçün də böyük risk ehtiva edir.
Bu əməliyyata qədər, bizim kollektiv çox gərgin proseslər aparıb. Əməliyyata hazırlıq ərəfəsində müxtəlif müalicə üsulları tətbiq edilib. Nəhayət, pasiyentin hamiləlik dövrünün 14-cü həftəsində, hamilə uşaqlığı üzərində rekonstruktiv əməliyyat apardıq. Yəni, qarın boşluğundan cərrahi əməliyyatla dölün xaric olmasının qarşısı alınaraq, uşaqlıq boyunun ətrafında süni həlqə yaradıldı. Bunu ilk dəfə səhiyyə sistemində mən tətbiq etdim və uğurlu nəticə əldə etdik. Vaxtilə süni materialdan istifadə edilərək, bu istiqamətdə bir çox cərrahi proseduralar həyata keçirilsə də, autoplastika ilk dəfə tətbiq edildi. Autoplastika vasitəsilə uşaqlıq boyunun daxili dəliyini yaratdım və hamiləliyin yarıda qalmasının qarşısını aldıq. Xəstəmiz avqust ayının 28-də, hamiləliyin 35-ci həftəsində, qeysəriyyə üsulu ilə, çəkidə tam sağlam oğlan uşağını dünyaya gətirdi. Ananın səhhətində də heç bir problem olmadı – bu günlərdə ana və uşağın evə yazılması planlaşdırılır”.
araz.az- ın əməkdaşının: “Professor, nədən bu riskli əməliyyata getdiniz? Bu, sizin üçün həyəcan və qorxu deyildi?” – sualına cavabında həkim dedi ki, bu əməliyyata hazırlaşdıqları andan, o, həyacanlı olsa da, tətbiq edəcəyi möhtəşəm ilkinə daxili inamı ona bu riskə getməyə daim rəvac verib: “Həm də övlad həsrətində olan ailələrin dağılmamasına, cəmiyyətin bu bəlasının qarşısının alınmasına kömək istəyim məni buna məcbur etdi. Məncə, ailələrin övlad sahibi olmasına vəsilə olmaq böyük və şərəfli bir işdir. Düşünürəm ki, bununla Azərbaycan və dünya səhiyyəsinə yeni bir töhfə verdim. İndi, tam əminəm ki, bu kimi hamiləliyi yarıda qalan xəstələrə cərrahi müdaxilə edərək, hamiləliklərinin yarısında açılışın dayanmasına mane olmaq olar”.
araz.az-ın əməkdaşının digər bir sualı da, hamı üçün maraqlı oldu:
– Professor, bu təkcə mənim yox, bütün Azərbaycan cəmiyyətinin sizə ünvanladığı bir sualdır. Yəqin, siz də bilirsiniz ki, indi çox xəstələrimiz var ki, pulsuzluqdan xəstəxanalara müraciət edə bilmirlər. Bunun xoşagəlməz nəticəsi isə göz qabağındadır. Coxdan hazırlığını gördüyünüz bu çətin əməliyyatın, yəqin ki, qiyməti də çoxdur. Belə bir mürəkkəb prosedur həyata keçirmək, bu çətin dönəmlərdə cəmiyyətin pul kisəsinə uyğundurmu?
Professorun bu suala cavabı isə, qısa və lakonik idi: “Bizim kollektiv, hər bir ailəyə, istər varlı olsun, istərsə də kasıb, bu sevinci yaşamaqda kömək olmaq istəyir!”.

WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-5.jpg

WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-6.jpg

WhatsApp Image 2018-08-31 at 06.50.1131082018-8.jpg

Rüfət RƏHMANOĞLU,
araz.az-ın xüsusi müxbiri.

araz.az xəbər portalı.