Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

araz.az   xəbər verir ki, əvvəlki hökumətdə təmsil olunan nazirlərin əksəriyyəti yeni kabinetdə yer almayıb.

Belə ki, əvvəlki hökumətin tərkibində yer alan nazirlərdən səhiyyə naziri Fahrettin Koca və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy öz vəzifəsində qalıb. Keçmiş hökumətdə təmsil olunan vitse-prezident və 15 nazir deputat seçilib. Millət vəkili seçilən və yeni kabinetdə yer almayan sabiq nazirlər aşağıdakılardır:

Vitse-prezident Fuat Oktay – Ankara

Ədliyyə naziri Bəkir Bozdağ – Şanlıurfa

Ailə və sosial xidmətlər naziri Derya Yanık – Osmaniye

Əmək və sosial müdafiə naziri Vedat Bilgin – Ankara

Ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum – İstanbul

Xarici işlər naziri Mövlud Çavuşoğlu – Antalya

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez – Əskişəhər

Gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu – İzmir

Xəzinə və maliyyə naziri Nurəddin Nebati – Mersin

Daxili işlər naziri Süleyman Soylu – İstanbul

Təhsil naziri Mahmud Özer – Ordu

Milli müdafiə naziri Hulusi Akar – Kayseri

Sənaye və texnologiya naziri Mustafa Varank – Bursa

Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi – Kahramanmaraş

Ticarət naziri Mehmet Muş – Samsun

Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu – Trabzon

araz.az xəbəər portalı.

araz.az xəbər portalı.