“Gürcüstan gərək Abxaziya və Şida Kartlinin azad olunmasına hazırlaşsın. Bu pəncərə tezliklə açılacaq”.
araz.az Globalinfo.az–a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
O hər kəsin Ukraynanın qaçılmaz qələbəsinə hazırlaşmalı olduğunu söyləyib.
Saakaşvilinin sözlərinə görə, Gürcüstanın mövcudluğu bu gün Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır:
“Abxaziya və Şida Kartliyə yol tezliklə açılacaq və biz hamımız Rusiya ordusunun çökəcəyi, Moskvada isə qarışıqlığın hökm sürəcəyi anı tutmalıyıq. Zelenskinin geniş strateji baxışı var”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.