Türkiydə yeni hökumətin üzvləri açıqlandıqdan sonra göpzlər vəzifə veirlməyən prezidentliyə sabiq namizəd Sinan Oğana dikilib.
araz.az xəbər verir ki, böyük çoxluq onunn Ərdoğanla seçkiqabağı bazarlıq edərək nazir vəzifəsi aldığını iddia edirdi.
Lakin Ərdoğan hökumətin tərkibini açıqlayanda onun adı olmadı.
Bundan sonra Sinan Oğan sosial şəbəkədə paylaşım edib.
Paylaşımda 2-ci turda verdiyi dəstəyə görə prezident Ərdoğanla heç bir bazarlıq etmədiyini bir daha vurğulayan Oğan bildirib ki, onlar prinsiplər əsasında razılığa gəliblər: “Yeni kabinetin ölkəmizə, millətimizə uğurlar gətirməsini arzu edirəm. İlk gündə dediyimiz kimi, prezidentlə heç bir vəzifə mövqe üçün danışıqlar aparmamışıq, prinsiplər əsasında razılığa gəlmişik. O səbəblə ilk gündən bəri adımız üzərindən aparılan ‘bazarlıq’ və s kimi spekulyasiyaların nə qədər əsassız və böhtan olduğu bir daha göründü. Ümid edirəm ki, önümüzdəki dövrdə xüsusən iqtisadiyyat və qaçqınlarla bağlı prinsiplərimizin reallaşmasının şahidi olacağıq…”.
Türkiyə mətbuatı yazır ki, Sinan Oğanın bu mesajı, əslində, hazırkı zamanda diqqəti “bazarlıq” mövzusundan yayındırmaqdır.
İddia olunur ki, bir müddət sonra ölkədə Fövqələdə Hallar Nazirliyi tipli bir nazirlik yaradılacaq və Sinan Oğan da onun rəhbəri təyin olunacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.