Kiyev Budapeştə Ukraynanın Krımsız xəritəsi ilə bağlı videoya görə rəsmi etiraz bəyanatı ünvanlayıb.

araz.az   xəbər verir ki, bu barədə Ukrayna XİN açıqlama yayıb.

“Macarıstan təxribatlara son qoymalı və BMT, AB və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Krımın Ukrayna ərazisinin tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatlarına ziddir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Macarıstan Krımın Ukrayna ərazisindən kənarda təsvir edərək, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran bir video yayımlayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.