Nar ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirinə dəstək olub.

araz.az bildirir ki, Pirallahı adasında təşkil olunan triatlon yarışında müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib.

Üç mərhələdən ibarət olan turnirdə idmançılar əvvəlcə 1.9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21.1 kilometr qaçıblar. Kişilər arasında qalib Oleksandr Mordasov  olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmed isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek tutublar. Bundan əlavə, turnirdə mübarizə aparan üç paralimpiyaçı da Nar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı ilə keçirilib. Turnirin əsas dəstəkçilərindən olan Nar-ın korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də sağlam həyat tərzinin təşviqidir. Mobil operatorun KSM sahəsində gerçəkləşdirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.

Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







araz.az xəbər portalı

araz.az xəbər portalı.