araz.az bildirir ki, aksiya çərçivəsində Səhmdar Cəmiyyətin əməkdaşları RİİB-in könüllüləri ilə birgə Gəncə-Daşkəsən iqtisadi rayonunun ən böyük su hövzələrindən biri olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təmizlik işləri həyata keçiriblər.
Aksiya iştirakçıları tərəfindən çayın sahilləri boyu, təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib.
Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dünya əhalisinin diqqətinin ekoloji problemlərə yönəldilməsi məqsədilə təsis edilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bu il “Plastik çirklənmənin həlli yolları” mövzusuna həsr edilib. Hər il bu əlamətdar gün ərəfəsində “AzerGold” QSC, “Regional İnkişaf” İctimai Birliyi və digər tərəfdaş qurumların dəstəyi ilə ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasına töhfə verilməsi üçün birgə tədbirlər həyata keçirir.
araz.az xəbər portalı.