14232610_128163910972424_842083779827376469_n.jpg

Tanınmış hüquqşünas Camal Əhmədov özünün Facebook səhifəsində beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Muxalifet.az xəbər verir ki, artıq ahıl yaşında olan hüquqşünas doğulduğu Qarabağ torpağına keçib, orada can vermək istədiyini bəyan edib. Onun müraciətini olduğu kimi dərc edirik:
“BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, bütün dünya dövlətləri və dünya ictimaiyyətnə!!!
Hörmətl insanlar, hamınıza məlum olduğu kimi, artıq 30 ildir ki, Ermənistan dövləti özünün işğalçı siyasətini davam etdirməkdədir. BMT TŞ-nın qəbul etdiyi məlum qətnamələrini icra etmir. 25 ildir işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını geriyə çəkmir. 25 ildir didərgin ömrü sürərək, dözür və səbr edirik. Artıq səbrimiz tükənmişdir. Mən istər milli, istərsə də beynəlxalq qanun və konvensiyalarda nəzərdə tutulmuş hər hansı bir tələbi pozmadan, dinc və əliyalın olaraq, öz doğma torpaqlarımıza qayıtmağa qərar verdim.
66 yaşlı qoca və ağır formalı insult xəstəsi olan pensiyaçıyam. 01 sentaybr 2018-ci il tarixdə, Bakı vaxt ilə səhər saat 9-00 da Yevlax-Laçın magistral yolunun 49-cu kilometrliyindəki qoşunların təmas xəttindən işğal altında olan Ağdam rayonunun Baş Qərvənd kəndinə – doğulub boya-başa çatdığım doğma yurduma keçəcəyəm. Mənim və mənimlə birlikdə doğma yurdlarımıza qayıdan insanların təhlükəsizliyimizin təmin edilməsini hamınızdan xahiş edirəm.
Biz, dinc və əlyalın insanlar olaraq, doğma torpaqlarımızda ömür sürməyə hüquqlu və qərarlıyıq.
Səmimiyyətlə, Azərbaycan vətəndaşı Camal Xuduş oğlu Əhmədov”.

 

araz.az xəbər portalı.