“Rusiyanın Ukraynada təcavüzkar müharibəsi başlanandan Moskva bölgədə ciddi şəkildə müharibə cinayətlərinə yol verir və dinc obyektlərlə yanaşı, dinc əhalini də hədəfə alır”.
araz.az bildirir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov deyib.
O, Rusiya Silahlı Qüvvələrinin Dnepr çayı sahilində yerləşən “Kaxovka” Su Elektrik Stansiyasına zərbə endirməsindən sonra bölgədə baş verə biləcək humanitar fəlakətlərdən, o cümlədən Rusiyanın Ukraynada nüvə silahından istifadə etmə ehtimallarından söz açıb:
“Su anbarının hədəfə alınması Rusiya hərb tarixində ənənə haldır. Bunu təəccüblü bir hadisə kimi dəyərləndirmirəm. Əksinə, qəsdən törədilib. Çünki Rusiya hazırda Ukraynada düşdüyü bataqlıqdan çıxmaq istəsə də, artıq gecdir və Ukraynada bütün planları puç olub, Rusiya heç bir hədəfinə çata bilməyib. Ona görə də Ukraynanın hələ də təsdiq olunmayan əks-hücum əməliyyatlarının qarşısını bu üsullarla almağa çalışır”.
“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalına gəlincə, əlbəttə, Rusiya bu gün olduqca pronozlaşdırılmamış addımlar atmağa davam edir. Lakin nüvə zərbəsi ehtimalı həddən artıq aşağıdır. Buna inanmıram. Bu, ən son variant ola bilər. Hətta keçən il Rusiya prezidenit Vladimir Putinə də çatdırıldı ki, əgər belə bir addımı atarsa, şəxsən hədəfə alınacaq və dövlət başçısının yerləşdiyi iqamətgahlara zərbə endiriləcək.
Fikrimcə, SES-lərin, mülki obyektlərin və enerji şəbəkələrinin hədəfə alınması göstərir ki, Kremlin başqa variantı yoxdur”, – deyə Oqtay Qasımov fikirlərini tamamlayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.