“Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır”.
araz.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII Beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Türkiyədə baş verən zəlzələdən sonra xilasedicilərimiz gecə-gündüz, 24 saat fasiləsiz xilasetmə əməliyyatları həyata keçirib”, – E.Mirzəyev bildirib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 780 insan cəsədi, 53 sağ insan çıxarılıb. Bundan əlavə, üç mindən artıq insana tibbi, 20 mindən çox insana isə qida yardımı edilib.
Nazir müavini onu da vurğulayıb ki, binaları inşa edən zaman daha çox diqqət etmək lazımdır: “Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır. Bina nə qədər möhkəm olsa, insan həyatı üçün təhlükə də az olar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.