Mobil operator “Nar” musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir
Bu barədə, mobil operatordan araz.az-a daxil olan məlumatda deyilir ki, məşhur “Darvish Band” ilə birgə ərsəyə gələn müsabiqələr “Nar” abunəçiləri üçün, dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan “Nar”, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak edərək, dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər, enerji dolu həyat tərzlərinə uyğun olaraq, seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə edəcəklər.
Yay boyunca “Nar” abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün, “Nar”ın sosial media səhifələrini (Facebook, Instagram, Twitter) izləməyə davam edin.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir
araz.az xəbər portalı.
araz.az xəbər portalı.