Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Hüseyn Həsənov Naxçıvan Muxtar Respublikasının məhkəmə orqanlarından narazıdır.

araz.az bildirir ki, Vəkil üzləşdiyi problemlə bağlı  Gununsesi.info-nun elektron ünvanına müraciət yollayıb.

Vəkil yazır ki, Ali Məclis sədri  Vasif Talıbovun  yola salınmasından  5 aydan artıq vaxt keçsə də Naxçıvanda məhkəmələrdə və hüquq-mühafizə orqanlarında dəyişikliklər hiss olunmur:

“Ötən illər ərzində minlərlə insanın  əmlakı talan edilib, lakin nə Vasif Talıbova, nə də onun dəstəsinin üzvülərinə  qarşı cinayət işi açılmayıb. Bu azımış kimi məhkəmələr Vasif Talıbova olan məhəbbətlərini açıq-aşkar bəyan edirlər. Vasif Talıbovun özbaşınalığına qarşı ərizələri qəbul etməyərək süründürməçiliyə yol verirlər”. 

Naxçvan Ali Məhkəməsinin sədri Səadət Bektaşiyə ünvanladığı müraciəti redaksiyamıza təqdim edən vəkil ona isə yazır: 

Çox-çox hörmətli Səadət xanım!

MR Ali Məhkəməsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvü kimi sədri olduğunuz məhkəmədə qanunsuz qərarlar qəbil edilməsi və Naxçıvan Şəhər Məhkəməsindəki özbaşınalıqlara diqqətinizi cəlb etmək istəyirəm. 

Naxçıvan Şəhər Məhkəməsinə elektron qaydada müraciətlərin qəbulunda  süründürməçiliyə yol verilir.  Vasif Talıbova qarşı maddi və mənəvi ziyan tələbimə dair iddia ərizəmin qəbulundan əsassız olaraq bir neçə dəfə  imtina edilmişdir. Hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı tələbimlə əlaqədar iddia ərizəmin də qəbulundan əsassız olaraq imtina edilib. Vasif Talıbovun kadrlarının ona olan məhəbbəti başa düşüləndir. Lakin Sizin Vasif Talıbova olan rəğbətinizi anlamaqda çətinlik çəkirəm.

Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 19.04.2023 tarixli qərardadına əsasən mənim fiziki şəxs Vasif Talıbova qarşı iddia qaldırmağa hüququmun olmaması qənaətinə gəlinməsi məhkəməyə müraciət etmək hüququmun məhdudlaşdırılmasıdır.

Dövlətimizə qarşı iddia qaldırmağın məsuliyyəti şəxsən Sizin üzərinizə düşür ki, buna da təəssüf edirəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.