Ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığını qeyd edib. 2018-ci ildə leqal əməkhaqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır – deyə A.Əliyev əlavə edib.
araz.az bildirir ki, məsələ ilə bağlı “Trend”in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü il üçün proqnoza görə, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq:
Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əməkhaqqının artırılması ilə bağlı qərar verildi, eləcə də bir sıra sektorlarda əməkhaqqının artırılması ölkə üzrə əməkhaqqına təsir göstərdi. Bu baxımdan təbii ki, bizim də 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq.
Ortaq aylıq əməkhaqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımından çox vacibdir. Digər bir tərəfdən isə pensiyaların indeksasiyasına təsir edəcək, yəni 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya olunaraq artırılacaq. Ona görə də əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.