Kazbek Tuayevə sərt cavab – “Vaxtilə Əhməd Ələsgərovun futboldan uzaqlaşdırılmasında əlin var…”

Futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbinin direktoru vəzifəsindən azad olunub. Lakin o, qərardan narazıdı və bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

araz.az bildirir ki, Futbol veteranı Asəf Namazov mövzu ilə bağlı “Football-plus.az”a danışdı:

“Kazbek Tuayev, 82 yaşın var. Futbol sahəsində sənə edilən hörmət öılkədə heç kimə edilməyib. Bunların qarşılığında ölkə başçısına narazılıq məktubu ünvanlamısan. Öncə futbolumuzun vəziyyəti haqda danış. Heç dövlət dilini bilmirsən. Daha nə qədər vəzifədə olmaq istəyirsən? Get, istirahət et. Sənin kimi adamlar futbolumuzu bu günə salıblar. Kabinetdə oturub, qohumlarını ətrafına topamısan. İcraiyyə Komitəsinin üzvlərini şəxsi qərəz prinsipinə görə, yalan-yalnış tövsiyələrinlə yoldan çıxarırsan. Heç kim sənə mane olmur, səsini çıxarmır. Hamı səninlə məsləhətləşir. Halbuki vaxtilə Əhməd Ələsgərovun futboldan uzaqlaşdırılmasında əlin var… Futbolumuzun pis vəziyyətdə olmasının səbəbləri budu. Futboldan anlamayan adamlar vəzifələri zəbt edib. Karyeran ərzində “Neftçi”də 3 il işləməmisən. Ən çox 1 il 3 ay fəaliyyətin olub. Belə savadsız adam özünü elə aparır ki, guya bundan daha çox bilən yoxdu…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.