Avqustun 30 -da “Bakı-Xəbər” qəzetinin redaksiyasında iş başında olarakən, qəfildən halı pisləşərək, huşunu itirib yerə yıxılan və sonra ağır vəziyyətdə 5 saylı Klinik xəstəxananın ” reanimasiya” şöbəsinə yerləşdirilən, tanınmış jurnalist Məhəmmədəli Qəriblinin səhəti nisbətən normallaşdığı üçün, o palataya köçürülüb. Bu barədə məlumatı
Azinforum.az saytına jurnalistin qardaşı verib:
” Həftə sonu olduğu üçün, biz edilən beyin tomoqrafiyasının cavabını ala bilməmişik. Sabah həmin cavab bizə təqdim ediləcək və həkimlər də o rəyə uyğun addımlarını atacaqlar. Tomoqrafiyanın cavabı bizi qane etməsə, yəqin ki, Məhəmmədəlinin gələcək müayinə və müalicəsini xaricdə davam etdirəcəyik. Məhəmmədəli bəy hazırda onun ziyarətinə gələn bütün dostlarını tanıyır, onlarla söhbət edir, ancaq bəzən fikirlərini tam ifadə edə bilmir, danışığındakı rabitə itir. Bu da jurnalist üçün olduqca önəmli bir göstəricidir. Allah eləməsin, beyni ilə bağlı ciddi problem olacağı təqdirdə, yəqin ki, onun gələcəkdə jurnalist kimi fəaliyyət göstərməsi də mümkünsüz olacaq”. Jurnalistin qardaşının sözlərinə görə, Məhəmmədəli müəllimin bu vəziyyətə salınması təsadüfən olmayıb: ” Bilirsiniz ki, Məhəmmədəli çox cəsarətli və möhkəm jurnalistdi. Peşə fəaliyyəti ərzində bir çox çətinliklərə, məhrumiyyətlərə sinə gəlməyi bacarıb. İndi görün, 10 gün ərzində onun, ailəsinin, valideynlərinin ünvanına yağdırılan şantaj və böhtanlar hansı həddə olub ki, əsəb nəticəsində beyin qan dövranı pozularaq, 200-dən yuxarı təzyiqlə yerə yıxılıb. Bu işin arxasında adı reketlik fəaliyyətində hallanan və jurnalist peşəsinin arxasında gizlənən şəbəkənin adı hallanır. Gedən prosesləri analiz etdikdən sonra məlum olur ki, bu hücüm yalnız Məhəmmədəliyə deyil, onun üzərindən həm də başqa şəxslərə yönəlib. Bu planda icraçı rolunu həyata keçirən Osman Nərimanoğlu adda şəxsin kimlərin tələsinə düşdüyü ilə bağlı etdiyi etirafları biz sübut olaraq hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Əminik ki, onda bir çox mətləblərə aydınlıq gətiriləcək. Valideynlərimizin ikisi də ağır xəstədi. Onlara bu xəbəri verməmişdik. Kimlərsə mediadan oxuyub, zəng vurub anama Məhəmmədəlinin reanimasiyada olduğunu deyib. Hazırda onun vəziyyəti Məhəmmədəlidən də pisdi. Təbiidir ki, biz bu işin təşkilatçiları, icraçıları və yazıları hazır şəkildə yazıb Osman Nərimanoğluna göndərən şəxslərin ailəmizə yaşadıqları narahatlığa və qardaşımın səhətinə vurduqları ziyana görə, hüquq qarşısında cavab vermələrinə çalışacayıq”.
Jurnalistin qardaşı bu günlər ərzində onlara verilən dəstəyə görə, hər bir şəxsə ayrı-ayrılıqda minnətdarlığını ifadə etdi: ” Bu çətin günlərdə Məhəmmədəlinin ziyarətinə yüzlərlə şəxs gedib. Onların sirasında sıravi vətəndaşlardan tutmuş, tanınmış jurnalistlər, ziyalılar, millət vəkillərinə qədər hər zümrənin təmsilçisi bir olub”.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, dünən Mətbut Şurasının sədri, millət vəkili Əflatun Amaşov Məhəmmədəli Qəriblinin səhəti ilə şəxsən maraqlanıb və yaşanan hadisədən təəssüfləndiyini dilə gətirib. Məhəmmədəli Qəribli Əflatun Amaşovla söhbəti zamanı üzləşdiyi şantaj, qara piarla bağlı Mətbuat Şurasının sədrinə ətraflı məlumat verib.
Çinarə SEYİDOVA
araz.az xəbər portalı.