“Səbail”də klub rəsmiləri ilə Şahin Diniyev arasında gərginlik böyüyür.
araz.az redaktor.az-a istinadən xəbər verir ki, keçən ilin dekabrından işə başlayan çalışdırıcı idman direktoru Fərəc Əliyevlə yola getmir.
O, aparıcı idarəçi şəxsin növbəti planının gerçəkləşməsinə imkan verməyib.
Belə ki, “Farik” ləqəbli direktor Asif Mirilini əvəzedici heyətin baş məşqçisi postundan uzaqlaşdırmaq istəyi barədə Diniyevi məlumatlandırıb.
Əliyev bildirib ki, “dubl”un sükanı arxasına öz namizədi var. Şahin bəy bu variantın əleyhinə çıxıb.
Əvəzedici heyətin əsas komandaya xidmət etməli olduğunu xatırladan mütəxəssis idman direktoruna “niyə, mən ölmüşəm ki, ora nəzarət etməyim?” deyib (sportinfo).
Mia.az-ın məlumatına görə, yayılan bu xəbrin əksinə olaraq, klubda problem Şahin Dniyevdən qaynaqlanır. İddialara görə, komandadan 8 əcnəbi oyunçunu uzaqlaşdıran Şahin Diniyevin bəzi “qaranlıq planı”na idman direktoru əngəl olub. Bu isə əcənəbi oyunçuların menecerləri ilə “cici-bici” olan və buna paralel olaraq digər oğlunu da “Səbail”ə yüksək maaşla gətirmək istəyən Şahin Diniyevi qəzəbləndirib.
Xatırladaq ki, az əvvəl Matc.az saytı da bu məlumatları qüvvtələndirən yazı dərc edib. Saytın xəbərinə görə, Şahin Diniyevin tələbi ilə əcnəbi oyunçuların əksəriyyəti ilə yollarını ayıran klubda transfer və yerli oyunçularla anlaşmada “ziddiyyət”li məqamlar var. Belə ki, Şahin Diniyev oğlu Coşqun Diniyevə aylıq 15 min manat maaş ayırtdırsa da, ondan qat-qat güclü oynayanlara bunun yarısı qədər maaş verilmir.
Hətta millinin oyunçuları var ki, Şahin Diniyevin oğlundan xeyli az maaş alır. Axı, bu, necə olur ki, Baş məşqçinin oğlu dədəsinin çalışdırdığı klubda ən çox maaş alan olur? Niyə klubun sahibləri bu cür hallara göz yumur? Nədir maraq, axı?”.
Mia.az-a bu klubda baş verən başqa xoşagəlməz məlumatlar da verilib. Lakin hələlik bunları dəqiqləşdirə bilmədiyimiz üçün yazmadıq.
araz.az xəbər portalı.