Ruiyanın “Russia Today” telekanalı Azərbaycanla bağlı təxribatçı addım atıb.
Qol.az-ın yaydığı xəbərə görə, Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı xəbər hazırlayan telekanalın saytı “Qarabağ”ı Ermənistan klubu kimi təqdim edib. Kanal yol verdiyi bu səhvi düzəltməyib. Telekanalın rəsmi saytında “Qarabağ” hələ də Ermənistan klubu kimi göstərilir.
Qeyd edək ki, “Russia Today” telekanalına erməni əsilli rus jurnalist Marqarita Simonyanın rəhbərlik edir.
araz.az xəbər portalı.