Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yaradılması ilə yeni mübarizəyə qədəm qoymuş olduq. İndiki Ermənistan ərazisi hesab olunan Qərbi Azərbaycan torpaqlarına qayıdanadək mübarizəmiz davam edəcək.

araz.az    xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərdəki tarixi mənbələr, yeraltı və yerüstü mədəniyyət nümunələri, yeraltı sərdabələr, məbəd, kilsə və məscidlərin hər biri bu yerlərin kimə aid olduğunu qəti şəkildə təsdiqləyir. Bu məbədlərin çoxu erməniləşdirilsə də, başqa xalqların adına çıxılsa da, tarixi həqiqətlər daşa yazılmış yazı kimidir. Ona görə bizim mübarizəmiz sona qədər davam edəcək. “Oradakı bir sıra tarixi məscidlər fars məscidi kimi dünyaya tanıdılır. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər”, – deyə İcma sədri vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.