Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq QANUNLA verilib. Heydər Əliyevin imzaladığı 450 nömrəli fərman isə miras əmlak payının qanunla təsdiqlənmiş dövlət öhdəliyi olaraq özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməsini təmin edir.
Məlumata görə, Azərbaycanda 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən işə yaracağına ümid edirlər. Ümid etməkdə də haqlıdırlar, çünki dövlət payı olan qiymətli kağızların üzərində bitmə müddəti göstərilməyib. “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!
Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
https://www.facebook.com/411723382563138/posts/1365259420542858/
Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf
Mətbuatda özəlləşdirmə çekləri ilə bağlı yazılara sıx rast gəlinsə də, bu dəfə Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb:
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Vüsal Əliyev millitribuna.az-a müsahibə verib. araz.az da, həmin müsahibəni dəyərli oxucularına təqdim edir:
-Əlində çeki qalan vətəndaşlar başda ölkə başçısı olmaqla, baz nazirə, Milli məclisin deputatlarına, Ombudsmana və digər qurumlara müraciət edərək hüquqlarının bərpasını istəyirlər. Məsələnin aktuallığını və çeklərin vətəndaşlara qanunla verildiyini nəzərə alsaq, çeklərin tədavülünə ehtiyac varmı?
-Vətəndaşların müvafiq orqanlara müraciət etməsi onların birmənalı olaraq hüquqlarıdır. Hətta vətəndaşlar öz problemlərinin həlli üçün daha yuxarı instansiyalara müraciət edə bilərlər. Bu gün özəlləşdirmə çeklərindən istifadə edilməməsi hər kəsə məlumdur. Məhz vətəndaşların məsələni aktual saxlaması fonunda hesab edirəm ki, problem qanunverici orqan olan Milli Məclisdə müzakirəyə çıxarılmalı və qəti qərar verilməlidir. Bundan başqa, yeni qanun mexanizmi işlənərək Milli Məclisə təqdim olunmalıdır. Yəni özəlləşdirmə çeklərindən istifadə və vətəndaşların hüquqları hansısa formada bərpa olunmalıdır. Onu da qeyd edim ki, hansısa qanun layihəsinin parlamentdə müzakirəsi üçün səsvermə hüququ olan 40 minə yaxın vətəndaşın imzası toplanaraq Milli Məclisə təqdim olunur. Daha sonra deputatların səsverməsində çoxluq təşkil olunarsa, qanun qəbul olunur. Ona görə də vətəndaşlar qanunvericiliyə müvafiq olaraq birlik nümayiş etdirməlidir. Əks halda 15-20 nəfərin müraciəti ilə istənilən nəticəni əldə etmək mümkün olmayacaq.
-Bir müddət öncə “Canlı Polemika” verilişində 6 hüquqşünas çeklərin hələ də qanunla qüvvədə olmasını isbat edən açıqlamalar veriblər. Qanunla verilən özəlləşdirmə çekləri hansı halda qüvvədən düşə bilər?
-Bir hüquqşünas olaraq qeyd edim ki, dövriyyəyə buraxılan özəlləşdirmə çekləri hələ də hüquqi statusa malikdir. Vətəndaşlar bu çekləri adi kağız parçası kimi qəbul edib, harasa atmasınlar. Özəlləşdirmə çeklərini qiymətli kağız kimi saxlasınlar. Özəlləşdirmə çeklərindən müəyəyn proseslərdə istifadə etmək mümkündür. Sadəcə olaraq qanunvericilikdə çeklərin işləmə mexanizmi yeni iqtisadi çağırışlara uyğun tətbiq olunmalıdır.
-Bir neçə gün öncə müharibə veteranları, təqaüdçülər və müxtəlif sahələrdə çalışan vətəndaşlar Konstitusiya məhkəməsinə şikayət məktubu göndəriblər. Çek sahiblərinin atdığı addımları necə dəyərləndirirsiniz?
-Vətəndaşların bu təşəbbüsünü müsbət qiymətləndirirəm. Çünki bu məsələdə vətəndaş təşəbbüsü mütləqdir. Özəlləşdirmə çekləri ilə bağlı problemdə vətəndaş cəmiyyətinin aktivliyindən çox şey asılıdır. Konstitusiya məhkəməsinə şikayət məktubunun göndərilməsi müsbət haldır. Sadəcə müraicət ünvanlayan şəxslərin sayı da önəmlidir. Qanun konkretlik tələb edir. Bu məsələdə vətəndaşlar təşkilatlanmalıdır ki, Konstitusiya məhkəməsi məktuba daha tez münasibət bildirsin. Mənim hüquq məsləhətxanam var. Vətəndaşlar bizə yaxınlaşaraq, kütləvi şəkildə müraciətin hazırlanması üçün gələ bilərlər. Ümumilikdə hər cür vətəndaş təşəbbüsünü alqışlayıram.
-Çek sahiblərinə nə tövsiyə edərdiniz?
-Çek sahiblərinə tövsiyəm budur ki, sahib olduqları çekləri qara bazarda 5-10 manata satmasınlar. Əminəm ki, gec və ya tez çeklərin tədavülü bərpa olunacaq
araz.az xəbər portalı.
araz.az xəbər portalı.